“Real Madrid” İspaniya çempionu olub

“Real Madrid” İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi olub.

Viral.az-ın xəbərinə görə, “Real Madrid” doğma meydanda “Kadis” klubuna 3 cavabsız qolla qalib gəlib. “Kral klubu” “Barselona”nın səfərdə “Jirona”ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.

“Real Madrid” bununla 36-cı dəfə İspaniya çempionu olub

Turnir cədvəlində birinci olan “Real Madrid”in 87 xalı var. Siyahıda ikinci sırada “Jirona” (74 xal), üçüncü yerdə “Barselona” (73 xal) qərarlaşıb.