Tbilisidə etirazçıların sayı ARTDI

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etiraz edənlərin sayı kəskin artıb.

 

Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 23:00-a qədər insanlar parlamentin qarşısındakı meydana aktiv şəkildə gəlməyə başlayıb.

 

Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də onunla Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.