Ermənistan xarici işlər naziri Macarıstana səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, mayın 6-da Ermənistan XİN rəhbəri Mirzoyan Macarıstana rəsmi səfər edəcək. Səfər çərçivəsində Ararat Mirzoyan Macarıstanın yüksək səviyyəli rəsmiləri, o cümlədən XİN rəhbəri Peter Siyarto ilə görüşlər keçirəcək.

 

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.