Xaçmazda 17 yaşlı qız 37 yaşlı oğlanla evlənib?

Xaçmaz rayonunun Qusarçay kəndində erkən nikahın qeydə alınması barədə iddialar paylaşılıb 

 

Viral.az xəbər verir, görüntülər sosial şəbəkələrdə yayılıb.

 

İddiaya görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

 

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar.

 

Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.