Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri – Emin Abdullayev ev dustaqlığına buraxılıb.
Viral.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib.
Son Yazılar:
- İranın xarici işlər naziri Moskvada səfərdədir
- “Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi
- Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu
Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar./qafqazinfo