Bakıda çay evində dava olub, döyülən və saxlanılanlar var

 

Bakıda Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döyüb.

Viral.az xəbər verir ki, bu barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanovb müəyyən olunaraq saxlanılıb.