Bakıda aptekə BIÇAQLI BASQIN

Bakıda aptekə basqın edilib. Viral.az xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən “Yıldızlar” aptekinə iki nəfər naməlum şəxs üzlərinə tibbi maska taxaraq daxil olub, satıcıya bıçaqla zor tətbiq ediblər. Onlar aptekin kassasından 173 manat götürərək hadisə yerindən qaçıb. Hazırda faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı

Rəşad Dağlının məhkəmə iclası KEÇİRİLİB

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Viral.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib. Məhkəmədə onun istintaq ifadəsi elan edilib. Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə…

Ətraflı

Qadın öldürməkdə şübhəli bilinən şəxs SAXLANILIB

Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Viral.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb. Belə ki, Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Qeyd edək ki, cari il fevralın 19-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda…

Ətraflı

Qayınatasını bıçaqlayan kürəkən tutuldu – YENİLƏNİB 

İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Viral.az-a Biləsuvar rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu…

Ətraflı

Bakıda evə basqın edilib, saxlanılanlar var

Bakıda evə basqın edilib, saxlanılanlar var. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat,…

Ətraflı

Tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs TUTULDU

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Nərimanov rayon prokurorluğundan Viral.az-a verilən məlumata görə, iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı…

Ətraflı

Həbsdə olan qardaşına narkotik keçirmək istədi 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Viral.az-a Xidmətdən bildirilib. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramiz Quliyevlə görüşə gələn bacısı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyin cibində kağıza bükülərək gizlədilmiş, ümumi çəkisi 0,094 qram olan…

Ətraflı

Bərdədə polisə müqavimət göstərilib, YARALI VAR

Bərdədə polisə müqavimət göstərilib, xəsarət alan var. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi…

Ətraflı

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs olunub

İyunun 2-də saat 9 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla…

Ətraflı

Avtovağzalda çantadan 500 manat və 4 min dollar oğurlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 31-də kompleksin qarşısında Bakı şəhər sakininin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi Rayon polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat…

Ətraflı

Gəncədə intihar edən qadın axtarışda imiş – YENİLƏNİB

Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadınla bağlı təfərrüat məlum olub.  Şəhərin 3-cü mikrorayon ərazisində kirayədə yaşayan 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynova Gəncə şəhər Probasiya Xidməti tərəfindən axtarışda olub. Onun barəsində Cinayət Məcəlləsinin 326-cı maddəsi (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) ilə axtarış elan edilibmiş. Faktla…

Ətraflı