“MINEPS 2023” konfransında yekun sənəd qəbul ediləcək

“MINEPS 2023” konfransında pandemiyadan sonra insanların aktiv və normal həyata qayıtmasında idmanın rolu müzakirə olunur. Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov brifinqdə deyib. O bildirib ki, bir ildir konfransa hazırlıq gedirdi: “Burada 124 ölkədən idman nazirləri, nazir müavinləri və bu sahədə məsul olan şəxslər iştirak edir. Eyni zamanda bu…

Ətraflı

Qarabağın oyununa onlar hakimlik EDƏCƏK

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub. Viral.az-ın məlumatına görə, qarşılaşma Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Vitalijs Spasjonnikovsa laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək. Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda…

Ətraflı

“Qarabağ”ın “Linkoln”lə oyunlarının vaxtı və məkanı dəqiqləşib

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Viral.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Ətraflı

“Barselona” türk əsilli futbolçunu transfer etdi

İspaniya və dünya nəhəngi “Barselona” heyətini yeni futbolçu ilə gücləndirib. Viral.az xəbər verir ki, Katoloniya təmsilçisi “Mançester Siti”nin türk əsilli Almaniya millisinin üzvü İlkay Gündoğanın keçidini rəsmiləşdirib. Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Ətraflı

“Qalatasaray” dünya çempionu ilə anlaşıb

Türkiyənin “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirir. Viral.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sində çıxış edən Leandro Paredeslə anlaşıb. Keçid gerçəkləşsə, “sarı-qırmızılar”ın Lukas Torreyranı İtaliyanın “Latsio” klubuna sata biləcəyi bildirilir. Qeyd edək ki, Leandro Paredes son olaraq icarə əsasında “Yuventus”un formasını geyinib. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya…

Ətraflı

Messinin yeni klubunda təqdimat tarixi məlum oldu

Amerikalı “İnter Mayami” eyni vaxtda azarkeşlərinə argentinalı hücumçu Lionel Messi və ispaniyalı futbolçu Serxio Busqetsi təqdim edəcək. Viral.az xəbər verir ki, futbolçuların təqdimatı iyulun 16-da baş tutacaq. Məlumata görə, ABŞ klubu futbolçu transferindən maksimum gəlir əldə etməyə hazırlaşır. Hazırda “İnter Mayami” oturacaqların sayını artırmaq üçün arenada yenidənqurma işləri aparır.

Ətraflı

Güləşçilərimiz Türkiyədə 12 medal qazandı 

Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal qazanıblar. Viral.az xəbər verir ki, ənənəvi yarışda yığma üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər. Beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri…

Ətraflı

Azərbaycan millisi Avropa çempionu oldu

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Viral.az xəbər verir ki, bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb. Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya millisini 4:2, yarımfinalda isə İtaliya seçməsini 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi…

Ətraflı

Azərbaycanlı iş adamı Messinin ad günündə iştirak edib – VİDEO

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, argentinalı Lionel Messinin ad günündə iştirak edib. Viral.az xəbər verir ki, bu barədə o sosial şəbəkə səhifəsində məlumat verib. Həmyerlimiz Messinin doğma şəhəri Rosarioya gəlib. Əhmədzadə burada ilk dəfə olduğunu da qeyd edib. Kadrlardan biznesmenin futbolçuya Azərbaycan xalçası hədiyyə etdiyi anlaşılır. Qeyd edək ki, dünən Messinin 36…

Ətraflı

“Qarabağ”ın bütün rəqibləri bəlli OLDU

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub. Viral.az “Tema Sport”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək. Yoxlama görüşü iyulun 4-də baş tutacaq. Qeyd edək ki, “Qarabağ” Avstriyada 3 sınaq matçı keçirəcək. “Köhlən atlar” iyunun 27-də Macarıstan “Ferentsvaroş”u, iyulun 1-də isə Polşa “Legiya”sı ilə qarşılaşacaq.

Ətraflı

Cüdo yığmamız birinci oldu 

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi yarışlar başa çatıb. Viral.az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub. Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq),…

Ətraflı

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb. Viral.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub. Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq)…

Ətraflı

Neymar 1 milyon dollar cərimələnə bilər – SƏBƏB

Neymar Braziliyada 1 milyon dollar cərimələnə bilər. Viral.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, PSJ-nin hücumçusu Rio-de-Janeyrodan 130 kilometr aralıda malikanəsi “ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan” tikilib”. Səlahiyyətlilər “müxtəlif ekoloji pozuntular”, o cümlədən su yolunun dəyişdirilməsi və suyun icazəsiz çaydan kənara çıxarılmasını, eləcə də digər pozuntular da aşkar ediblər.  “Növbəti addım aşkar edilmiş…

Ətraflı

 Azərbaycan taekvondoçuları iki medal qazanıb

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada keçirilən III Avropa Oyunlarında gümüş medal qazanıb. Viral.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı finalda ispaniyalı Uqo Arilya Vaskeslə qarşılaşıb. Rəqibinə 1:2 (0:3, 12:3, 7:9) hesabı ilə uduzan Dadaşov ikinci yeri tutub. Bununla da Azərbaycan idmançılarının yarışda qazandıqları medalların sayı 5-ə çatıb. Daha əvvəl taekvondoçulardan Qaşım Maqomedov (58…

Ətraflı

Cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Viral.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ətraflı

Futbolçularımız Türkiyədə legioner sayılmayacaq

2023/2024 mövsümündə azərbaycanlı futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq. Viral.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə qərar qəbul edib. Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq. Qeyd edək ki, Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə…

Ətraflı

“Qarabağ” Avstriyaya yollanır

Azərbaycan çempionu “Qarabağ” Avstriyaya yollanır. Viral.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb. Təmsilçimiz təlim-məşq toplanışı üçün bu ölkəyə yola düşür. Qurban Qurbanovun yetirmələri mövsümün hazırlığını Tirolda gerçəkləşdirəcək. “Qarabağ” Avstriyada 3 yoxlama görüşü keçirəcək. Ağdamlılar iyunun 27-də “Ferentsvaroş”, iyulun 1-də isə “Legiya” ilə üz-üzə gələcək. Sonuncu rəqib hələ dəqiqləşməyib. Qeyd edək ki, “Qarabağ”…

Ətraflı

Güləşçimiz İstanbulda medal qazandı 

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb. Viral.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub. Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.

Ətraflı