36 yaşlı kişi yolda öldürüldü

Noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan Viral.az-a verilən məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 01-də saat 17 radələrində  Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən  öldürməsinə…

Ətraflı

DSX gizirinin qətli ilə bağlı daha bir nəfər həbs edildi

Bu il martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Viral.az rayon prokurorluğuna istinadən xəbər verir ki, istintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək…

Ətraflı

Binəqədidə ər arvadını QƏTLƏ YETİRDİ

Noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Viral.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb. Araşdırma aparılır.

Ətraflı

Xızıda “Kalaşnikov”lu şəxs tutuldu

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Viral.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb. Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin…

Ətraflı

Evə basqın edən tanınmış idmançıya hökm oxundu

Tanınmış güləşçi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. Viral.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. İttihama görə, Elman Muxtarov 2022-ci…

Ətraflı

Arvadını işlədiyi mağazanın qarşısında öldürənə 18 il həbs verildi

Bu ilin mayında Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı , 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevə hökm oxunub. Viral.az xəbər verir ki, G.Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib. Qeyd edək ki, hər…

Ətraflı

Silahlı basqında xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti stabildir. Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, Tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicələri davam etdirilən 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın və 1990-cı il təvəllüdlü Etibar Sarıyevin də hazırda vəziyyətləri stabil qiymətləndirilir. Qeyd edək ki, oktyabrın…

Ətraflı

Ərini bıçaqlayan qadın həbs edilmədi

Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb. Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışmasını görüb….

Ətraflı

Evə basqın edən şəxslə bağlı detallar məlum olub 

Sumqayıtda evə silahlı basqın edərək 2 nəfəri öldürüb, 4 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin üzərində məhkumluğu olub. Viral.az APA-ya istinadən xəbər verir ki, 02.06.2023-cü ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, Müşfiq Tağıyevə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub. Bundan əlavə, Müşfiq Tağıyev 22.07.2022-ci ildə Yaşıldərə bağlar ərazisində…

Ətraflı

Sumqayıtda evə silahlı basqın edən şəxs SAXLANILDI

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb. Viral.az xəbər verir ki, Corat bağları yaşayış massivində cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış…

Ətraflı

18 yaşlı gənc 40 yaşlı kişini güllələdi

Oktyabrın 29-da saat 08 :30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Viral.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub. O, saxlanılıb. İlkin…

Ətraflı

Sumqayıtdakı qətlin təfərrüatları BƏLLİ OLDU

Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb. Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır. Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış…

Ətraflı

Evə basqın zamanı ölən və yaralananların kimliyi məlum oldu 

Xəbər verdiyimiz kimi, Sumqayıtda səhər tezdən fərdi yaşayış evinə silahlı basqın olub. Viral.az xəbər verir ki, hadisə zamanı ölən və yaralananların kimliyi məlum olub. Corat bağları yaşayış massivində baş verən hadisə zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə…

Ətraflı

Sumqayıtda silahlı hücum – Ailənin iki üzvü öldürüldü 

Sumqayıtda atışma olub, ölən və yaralananlar var. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib. Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Hazırda zəruri istintaq…

Ətraflı

Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI

Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin təfərrüatı məlum olub. Viral.az “trend”ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib. Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib. Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb….

Ətraflı

Polşada azərbaycanlı qətlə yetirilib

Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini 40 yaşlı Famil Musayev qətlə yetirilib. Viral.az xəbər verir ki, məlumata görə, F.Musayev oktyabrın 20-də öldürülüb. Bildirilir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib. Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Hazırda F.Musayevin cənazəsinin Gürcüstana gətirilməsi üçün işlər…

Ətraflı

Keçmiş həyat yoldaşını öldürən şəxs tutuldu 

Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən Viral.az-a bildirilib ki, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək…

Ətraflı

Bakıda 4 nəfərə qarşı quldurluq edildi

Bakıda quldurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 23-də Bakı şəhər sakinləri P.Quliyevi, M.Namazovu, A.Hətəmovu və Sumqayıt şəhər sakini Ə.Nurzadəni kəsici alətlə hədələməkdə və Ə.Nurzadənin, A.Hətəmovun pullarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və…

Ətraflı

Atasını döyən şəxsi qisas məqsədilə öldürdü – Anbaan görüntülər

Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib. Viral.az xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. “Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb. İlkin məlumata…

Ətraflı

Lənkəranskinin qardaşı axtarışa VERİLDİ

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə öldürülən “Lotu Quli” ləqəbli azərbaycanlı avtoritet Nadir Səlifovun qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib  Viral.az xəbər verir ki, prokuror cinayət işi ilə əlaqəli olan bir sıra şəxslərin beynəlxalq axtarışa verildiyini bildirib. Yerli mətbuatın məlumatına görə, axtarışa verilənlərdən biri Namiq Canıyevdir. Qeyd edək ki, Namiq Canıyev mərhum avtoritet Rövşən Lənkəranskinin…

Ətraflı

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı

Ötən həftə Mərkəzi Bankın qərarı ilə ləğv olunan “Muğan Bank” ASC -nin vəzifəli şəxsləri Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çağırılıb. Viral.az xəbər verir ki, bu barədə Gununsesi.info saytı məlumat yayıb. Bildirilib ki, “Muğan Bank”ın vəzifəli şəxsləri bu həftə ərzində adıçəkilən idarədə dindiriləcək. Qeyd edək ki, “Muğan Bank” “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin…

Ətraflı