Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya “Patriot” hava hücumundan müdafiə sisteminin verilməsi ilə bağlı müvafiq qanunu təqdim edib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna KİV Rumıniya liderinin bəyanatına istinadən məlumat yayıb.
“Bu gün İohannis “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi ilə bağlı hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsini təqdim edib. Ukraynaya amerikalı tərəfdaşla razılaşdırılmış konfiqurasiyada “Patriot” veriləcək. Bundan əlavə, indi Rumıniya hökumətinə yerüstü hava hücumundan müdafiə imkanlarının bərpası üçün lazımi tədbirlər görmək səlahiyyəti verilib. Yəni indi Rumıniya öz səmasını qorumaq üçün Ukraynaya veriləcək “Patriot”un əvəzinə yeni “Patriot” alacaq”, – məlumatda deyilir.
Son Yazılar:
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
- İnfarktı əngəlləməyin sadə YOLU
“Patriot” hava hücumundan müdafiə sistemi ABŞ tərəfindən raket və təyyarə hücumlarından qorunmaq üçün hazırlanmış qabaqcıl hava hücumundan müdafiə sistemidir. O, taktiki ballistik raketləri, qanadlı raketləri və təyyarələri vurmağa qadirdir. “Patriot”dan həm ABŞ-də, həm də bir çox başqa ölkələrdə geniş istifadə olunur.