MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi ARTIRILIR

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır. Viral.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq…

Ətraflı

Zakir Həsənov Yaşar Gülərlə görüşdü — Foto

Noyabrın 27-də Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Z.Həsənov qonaqları səmimi salamlayaraq Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Hər iki…

Ətraflı

Müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilir. Viral.az xəbər verir ki, iclasda dövlətlər arasındakı hərbi əməkdaşlıq müzakirə olunur. Görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlər keçirilib.

Ətraflı

Azərbaycanın “Laçın” qırıcıları təlim keçirdi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq…

Ətraflı

Orduda Kəlbəcər şəhəri günü münasibətilə tədbir keçirildi – FOTO

  Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr – Kəlbəcər şəhəri günüdür. Viral.az xəbər verir ki, müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində bu münasibətlə tədbir keçirilib. Tədbirdə Ulu Öndər…

Ətraflı

Kərim Vəliyevlə Aqil Qurbanov hərbi hissəyə baxış keçirdi – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib….

Ətraflı

Azərbaycan Ukraynaya minaaxtaran maşın verib

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. “Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, – deyə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilir. Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı…

Ətraflı

Ön xətt bölmələrimiz qış mövsümünə tam hazırdır – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Ordusunda döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşıdan gələn soyuq qış aylarında da gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin…

Ətraflı

Azərbaycan HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv etdi -VİDEO

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Sonra…

Ətraflı

Zakir Həsənov Özbəkistana başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. Viral.az xəbər verir ki, başsağlığında deyilir: “Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki “Kattakurqan” poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət…

Ətraflı

Zakir Həsənov beynəlxalq sərgisində iştirak edir – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edir. Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. “ROKETSAN” şirkətinin rəhbərliyi ilə…

Ətraflı

Zakir Həsənov italiyalı həmkarı ilə əməkdaşlıqdan danışdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb. Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri,…

Ətraflı

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıla bilər

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının müddətinin bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib. Viral.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Qanun layihəsində Türkiyənin Rusiya ilə birgə təşkil etdiyi Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətinə uğurla davam etdiyi vurğulanıb.  Bildirilir ki, Türkiyə sözügedən mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə və tərəflər…

Ətraflı

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi…

Ətraflı

Xüsusi təyinatlılar yürüş etdi – VİDEO

Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. İlham Əliyev 20 il əvvəl, 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi…

Ətraflı

Ümumqoşun Orduda gənc əsgərlər and içib – VİDEO

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib. Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər. Tədbirdə çıxış edən zabit, əsgər və valideynlər şəxsi…

Ətraflı

Bakıda hərbçilərin yürüşü KEÇİRİLİR

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü başlayıb. Viral.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib. Daha sonra hərbçilərin yürüşü başlayıb. Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami…

Ətraflı

Prezidentin bugünkü sərəncamı ilə 1262 hərbçi təltif olunub

Prezident İlham Əliyev bu gün imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edilib. Viral.az-ın xəbərinə görə, təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları,…

Ətraflı

Antiterror tədbirlərində şəhid olanlara bu ordenlər verildi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin hərbçiləri və DİN əməkdaşları təltif edilib. Viral.az xəbər verir ki, təltif edilənlər arasında bu ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərində şəhid olanlar da var. Belə ki, mayor Əkbərov Aqil Fayəddin oğlu, kapitan Həmidli Həmid Əlisahib oğlu və kapitan Qeybəliyev Elvin Ağalar oğlu “Azərbaycan Bayrağı” ordeni, atası Birinci…

Ətraflı