Azərbaycan XİN Ceyhun Bayramovun “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxışına dair məlumat yayıb.
Viral.az xəbər verir ki, çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi, təbii və texnogen fəlakətlər və s. istiqamətlər üzrə mövcud çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub:
“Nazir “3+3” formatının görüşünə ev sahibliyinə görə qardaş Türkiyə Respublikasına təşəkkür edib, mövcud çağırışlarla mübarizədə ölkəmizin regional əməkdaşlıq və bu kimi formatlar çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Son Yazılar:
- Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! – Bu gündən…
- Məşhur futbolçu velosiped biznesinə başlayır
- Faciəvi şəkildə ölən gəncin FOTOSU
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb.
Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.
Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib.
Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.
Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.
Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən zəruri konstitusiya dəyişikliklərinin vacibliyi vurğulanıb.
Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının “gizli gündəm”in mövcudluğuna dair sual doğurduğu qeyd olunub”.