Nazir Salyana rəis təyin ETDİ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Viral.az qaynarinfo.az-a istinadla xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Quliyev Zaur Böyükağa oğlu sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Son Yazılar:

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Ağayev Rəfi Məhəmməd oğlu Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.