Bu tarixdən minimum əmək haqları və pensiyalar ARTIRILACAQ

“2025-ci ilin büdcəsini müzakirə etdiyimiz kimi, bu ildən də danışmalıyıq. Beynəlxalq tədbirə ev sahibliyi etmək özü uğurun göstəricisidir. 2025-ci ilin dövlət büdcəsi sosial-iqtisadi, milli maraqları əks etdirir və hazırlanır. Hesab edirik ki, mümkün böhranlardan qorunmaq üçün “təhlükəsizlik yastığı”na malikdir.

Viral.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin noyabrın 25-də keçirilən plenar iclasında deyib:

“2024-cü ildə olan problemlər 2025-ci ildə müəyyən uğurlara təkan verib. Növbəti ildə inflasiya 4.6 faiz hesablanıb. 2025-ci il dövlət büdcəsində gəlirlər 38 milyard, büdcə kəsirinin 3 milyard olacağı hesablanır. Gələn il minimum əmək haqları və pensiyaların artırılması planlaşdırılır. Növbəti il üçün hesablanan dövlət xərcləri 2003-ci ilə nisbətən 34 dəfə çoxdur”.

Son Yazılar:

Deputat qeyd edib ki, bir çox dövlətlər problem olarkən büdcələri qısıtlayır. Ancaq Azərbaycan qeyri-standart vəziyyətdə belə xalqı düşünür. // redaktor.az