Azərbaycan Premyer Liqasında VI tura yekun VURULDU

Azərbaycan Premyer Liqasında VI tura “Sabah” – “Turan Tovuz” matçı ilə yekun vurulub. Viral.az xəbər verir ki, Bank Respublika Arenada keçirilən görüş 2:2 hesabı ilə bitib. “Sabah” klubunun heyətində Cesse Sekidika dubla (7, 46) imza atıb. “Turan Tovuz”dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib. Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i,…

Ətraflı

Bakının Nizami rayonunda yanğın OLDU

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Viral.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən “GEELY TUGELLA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Ətraflı

Ermənistanda korrupsioner məmurlar cinayət məsuliyyətindən yayınırlar – FAKTLAR

Son illər Ermənistanda korrupsiyada təqsirli bilinən daha çox məmur qanunsuz əldə etdiyi əmlakı qaytarmaqla cinayət məsuliyyətindən yayınıb. Viral.az yerli mətbuata istinadən xəbər verir ki, bu mexanizm 2020-ci ildə “Qanunsuz əmlakın müsadirəsi haqqında” Qanunun qəbulu ilə tətbiq edilib. Sənədə əsasən qanunsuz varlanan şəxslər dövlətə dəymiş ziyanı ödəyə və bununla da həbsdən yayına bilirlər. Sonuncu belə hadisə…

Ətraflı

İsraildən G7-yə dəstək: İran dünyanın düşmənidir!

İsrailin xarici işlər naziri İsrael Katz Yeddilik (G7) ölkələrinin İrana qarşı bəyanatını dəstəklədiyini bildirib və islam respublikasının dünyanın “ən böyük düşməni” olduğunu qeyd edib. Viral.az xəbər verir ki, nazir bu barədə X səhifəsində bildirib. Katz dünya ictimaiyyətini Tehrana təzyiqləri artırmağa çağırıb: “İran təkcə İsrailin deyil, təkcə Yaxın Şərqin deyil, həm də Avropanın və bütün dünyanın…

Ətraflı

Zelenskinin qələbə planında nələr var?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə görüşdə ona Ukraynanın qələbəsi planını təqdim etməyi planlaşdırır. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib. Zelenski qeyd edib ki, o, Baydenlə sülh sammitindən əvvəl Ukraynanın mövqeyini gücləndirmək barədə danışacaq: “Çünki diplomatik qərarlar güclü olanda yaxşıdır. Əks halda Putin bu prosesdə iştirak…

Ətraflı

Biləsuvarda ata uşağına maşınla xəsarət YETİRDİ

Biləsuvar rayonunda ata avtomobili ilə övladına xəsarət yetirib. Viral.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2018-ci il təvəllüdlü A.Nuriyev (ad, soyad şərtidir) ağır xəsarətlər alıb. Azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Myanmada qasırğada ölənlərin sayı 100-ü ÖTDÜ

Myanmada “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb. Viral.az xəbər verir ki, bu barədə “Business Standard” ölkənin hərbi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb. Qasırğa, həmçinin yollara və körpülərə…

Ətraflı

Şəhid xanımı uşaqları ilə qəzaya düşdü – Səbəb olan maşın qaçdı

Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə magistralın Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Gülnar Abdullayevaya məxsus 77 RY 052 nömrəli “Hyundai-Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolayırıcı dəmir məhəccərə çırpılıb. Məlumata görə, xanım sürücü hərəkətdə olarkən ötmə əməliyyatı aparan digər avtomobil tərəfindən vurulub. Qəza vəziyyətini yaradan nəqliyyat vasitəsi hadisə…

Ətraflı

İndoneziyada güclü zəlzələ OLDU

İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Ətraflı

“Türkiyə gözəli” tənqidlərə bu cavabı VERDİ

Məlum olduğu kimi, “Miss Turkey 2024”ün qalibi İdil Bilgen yarışmadan sonra tənqidlərə məruz qalıb. Viral.az xəbər verir ki, 24 yaşlı model “NOW TV”də Çağla Şikəlin qonağı olub. Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan Bilgen verilişdə tapşırılması ilə bağlı iddialara aydınlıq gətirib. Tibb fakültəsi məzunu, 24 yaşlı İdil Bilgen şərhlərdə onu alçaldanlara…

Ətraflı

“Formula 1” final yarışının qalibləri mükafatlandırıldı – FOTO

Bakıda “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində “Formula 1” üzrə final yarışlarının qalibi və medalçıları mükafatlandırılıb. Viral.az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib. Final yarışının qaliblərinə rəsmi mükafat və medalları Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar…

Ətraflı

Goranboyda ev yandı, 6 aylıq körpə xəsarət aldı – FOTO

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb. Viral.az xəbər verir ki, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur. Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. *** 18:11 Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20…

Ətraflı

Sakaryada fabrikdə partlayış oldu: Yaralananlar var

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən bildirib. “Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub. İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

İngiltərə AVRO-2028-ə buraxılmaya BİLƏR

UEFA idmana siyasi müdaxiləyə görə İngiltərəni 2028-ci ildə keçiriləcək futbol üzrə növbəti Avropa çempionatından kənarlaşdıra bilər. Viral.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb. Yığmanın UEFA-nın himayəsi altında keçirilən turnirdən kənarlaşdırılmasına Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən konsepsiyası irəli sürülən müstəqil futbol tənzimləyicisinin yaradılması səbəb ola bilər. Bu tənzimləyicinin vəzifəsi ingilis klublarına…

Ətraflı

Narkotik aludəçisi ürəktutmadan ÖLDÜ

Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb. Viral.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlərlə üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən…

Ətraflı

İsrail ordusu HƏMAS-ın qərargahını DAĞITDI

İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib. Viral.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, qərargah Beyt-Xanunda “Raazi eş-Şua” məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır. Bura həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin…

Ətraflı

Azərbaycan badmintonçusu bürünc medal QAZANDI

Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurlu çıxışla yadda qalıb. Badminton Federasiyasından Viral.az-a verilən məlumata görə, o, 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb. Mübarizəyə 1/32 finaldan başlayan badmintonçu yalnız finala gedən yolda turnirin qalibi, yerli idmançı Lai Man Tata 0:2 (22:24, 16:21) hesabı ilə uduzub. Qeyd edək ki,…

Ətraflı