“Tottenhem” – “Qarabağ” matçının vaxtı dəyişib

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçı gözlənilən vaxtdan gec başlayacaq. Viral.az xəbər verir ki, buna səbəb Londonda yaşanan tıxac problemidir. Görüş saat 23:35-də start götürəcək. Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi.

Ətraflı

Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib. Viral.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” səhifəsində paylaşım edib. Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

Ətraflı

Çin Azərbaycanın COP29-a sədrliyini tam DƏSTƏKLƏYİR

Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir. Viral.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, Çin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli qlobal iqlim idarəetmə sisteminin yaradılmasına sadiqdir. “Ölkələrimiz arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin ilk 7…

Ətraflı

Ermənistan bu imperiyanın tərkibində olacaq

Ermənistan hazırda son 300 il ərzində ermənilərin yürütdükləri siyasətdən imtina edir və əks istiqamətdə hərəkət edir. Viral.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski Paşinyan-Ərdoğan görüşünü şərh edərkən deyib. “Türkiyə bütün imkanlara sahib olmaqla regionda, o cümlədən ermənilərin üzərində ağabəy olmaq imkanı qazanıb. Bu o deməkdir ki, Ermənistan və ermənilər böyük imperiyanın…

Ətraflı

Azərbaycan və Ermənistan Sülh Sazişi üçün razılığa GƏLDİ

Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair…

Ətraflı

Məşhur müğənni səhnədə insult keçirdi

Məşhur yunan müğəni Marinella səhnədə insult keçirib. Viral.az Publika.az-a istinadən xəbər verir ki, Yunanıstanın güclü və sevilən səslərindən olan Marinellanın son konserti zamanı səhnədə halı pisləşib. Sənətçinin insult keçirdiyi məlum olub. O, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. Həmin anlar kameralar tərəfindən lentə alınıb.

Ətraflı

Türkiyə MN-dən Anım Günü ilə bağlı BƏYANAT

Türkiyə Milli Müdafiə Nazirliyi “27 Sentyabr – Anım Günü” ilə bağlı bəyanat yayıb. Viral.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc olunub. “İki dövlət, bir millət” şüarı ilə bir olduğumuz azərbaycanlı qardaşlarımızın “20 sentyabr Suverenlik Günü”nü bir daha təbrik edir, qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44…

Ətraflı

Rusiyada “Robinson 44” helikopteri radardan İTDİ

Rusiyanın Arxangelsk vilayətində “Robinson 44” helikopteri ilə əlaqə kəsilib. Viral.az xəbər verir ki, bu barədə Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun məlumatında deyilir. “İlkin məlumatlara görə, uçuş planı hava hərəkətinin idarə edilməsi mərkəzinə göndərilməyib. Hazırda səlahiyyətli orqanlarda helikopterin uçuşu ilə bağlı obyektiv məlumat yoxdur”, – deyə məlumatda bildirilir.

Ətraflı

Buna görə bütün dünya məsuliyyət daşıyır

İsrailə silah tədarükü dayandırılmalı və ona qarşı sanksiyalar tətbiq edilməlidir.  Viral.az xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas Nyu Yorkda BMT Baş Assambleyasının tribunasından çıxış edərkən deyib. “Soyqırımı dayandırın. İsrailə silah verməyi dayandırın. Bu dəlilik davam edə bilməz. Bütün dünya Qəzza və İordan çayının qərb sahilində xalqımızın başına gələnlərə görə məsuliyyət daşıyır”, –…

Ətraflı

Bilgəh çimərliyindən 2 ton tullantı YIĞILDI

Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin, eləcə də IDEA könüllülərin iştirakı ilə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sahilyanı təmizlik aksiyası keçirilib. Viral.az xəbər verir ki, COP29 çərçivəsində keçirilən aksiya Bilgəhdə ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı…

Ətraflı

Nyu-York meri korrupsiyada ittiham OLUNUR

Nyu-York meri Erik Adamsa qarşı prokurorluq tərəfindən korrupsiya ittihamı irəli sürülüb. Viral.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. Qeyd olunur ki, Adams yerli və xarici mənbələrdən öz seçki kampaniyası üçün rüşvət və qeyri-qanuni ianələr almış ola bilər. Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun (FTB) merin evində axtarışlar apardığı barədə məlumat verilmişdi.

Ətraflı

Türkiyə millisinin sabiq futbolçusu yığmaya baş məşqçi təyin OLUNDU

Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül ölkəsinin 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi təyin edilib. Viral.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin növbəti iclasında qəbul olunub. 39 yaşlı sabiq müdafiəçi 2024-cü ilin mart ayından U-21-də köməkçi məşqçi vəzifəsini icra edirdi. Qeyd edək ki, G.Gönül futbolçu karyersında “Fənərbağça” və “Beşiktaş” klublarında çıxış edib….

Ətraflı

Şahmat üzrə Vüqar Həşimov Memorialına start VERDİ

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start verilib. Viral.az xəbər verir ki, Azərbaycanın üç şahmatçının iştirak etdiyi turnirdə ümumilikdə 8 idmançı qüvvəsini sınayır. Rapid növündə mübarizəyə başlayan şahmatçıların ilk oyun günündə qeydə alınan nəticələri təqdim edirik: I tur Yan Nepomnyaşi – Şəhriyar Məmmədyarov 0,5:0,5 Vladislav Artemyev – Aydın Süleymanlı 0,5:0,5 Nodirbek Abdussatorov – Aravind Çitambaram 1:0…

Ətraflı

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başa ÇATDI

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb. Viral.az xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Görüş mediaya qapalı keçib.  

Ətraflı

Britaniya Aİ ilə münasibətləri bərpa etmək istəyir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcək. Viral.az xəbər verir ki, Baş nazir bu barədə “X” sosial media hesabındakı paylaşımında bildirib. O, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələri yenidən qurmaq və “Brexit”i Britaniya xalqının xeyrinə işləməsini təmin etmək istədiyini deyib. Baş nazir gələn həftə Brüsseldə Ursula Fon…

Ətraflı

Yeni yeraltı parklanma məntəqəsi istifadəyə VERİLDİ

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib. Viral.az AYNA-ya istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski…

Ətraflı

Nyu-Yorkda üçtərəfli görüş keçirilir

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. Viral.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir. Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.

Ətraflı

ADY Çində keçirilən Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sentyabrın 24-26-da Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib. Viral.az quruma istinadla xəbər verir ki, Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib….

Ətraflı

Şəhid Vaqif Alıyev Gəncədə dəfn EDİLDİ

Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib. Viral.az xəbər verir ki, şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.  Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər. Vaqif Sərdar oğlu…

Ətraflı

Rusiyada miqrant taksi sürücüləri yolu bağladı

Rusiyada miqrant taksi sürücüləri Saratovda Qaqarin hava limanına gedən yolu bağlayıblar. Viral.az xəbər verir ki, bu barədə “vzqlyad-info” məlumat yayıb. Bildirilir ki, hava limanı yaxınlığında reyd keçirilib. “Bu insanlar böyük qruplar halında yolun ortasında toplaşır, aksiya təşkil edirlər ”, – deyə yerli sakinlər şikayətləniblər. Bölgədə miqrantların nəqliyyatda işləməsinə qadağa qoyulub. Amma hadisə şahidləri bildiriblər ki, nəzarət edən…

Ətraflı