Şahin Mustafayev iranlı nazirlə əldə olunan son razılaşmaları müzakirə etdi

Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.   Viral.az xəbər verir ki, telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.  …

Ətraflı

Hikmət Hacıyev beynəlxalq konfransda mina qurbanlarının son sayını AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev minalarla mübarizə üzrə beynəlxalq konfransdan öncə mina qurbanlarının son sayını açıqlayıb.   Viral.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə zərərçəkmişlərin sayını özündə əks etdirən şəkli dərc edərək qeyd edib:   “Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və…

Ətraflı

XİN-dən Avropa İttifaqına cavab: RƏDD EDİRİK…

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik.   Viral.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks…

Ətraflı

Quterreşdən 28 May TƏBRİKİ

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı…

Ətraflı

Zakir Həsənov Gülerlə hərbi əməkdaşlıqdan danışdı

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib.   Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Ətraflı

İki prokuror vəzifələrindən azad olundu

Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.   Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluq…

Ətraflı

Zakir Həsənov Türkiyəyə GETDİ

Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.   Məlumata görə, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri…

Ətraflı

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik etdi

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.   Viral.az-ın məlumatına görə, məktubda deyilir:   “Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.   Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.  …

Ətraflı

Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə türkiyəli diplomat “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.   “Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, –…

Ətraflı

Azərbaycanla İran su bölgüsündə razılığa gəldi

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.   Bu barədə Viral.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.   Bildirilib ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin,…

Ətraflı

Ceyhun Bayramov Pakistana getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.   Xarici İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ətraflı

Əməkdaşlığımızın zənginləşməsi üçün imkanlar var

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.   Viral.az məlumatına görə, məktubda deyilir:   “Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.   Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası…

Ətraflı

Ermənistanla sülh üçün əldə edilmiş razılaşmanı alqışlayıram

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.   Viral.az xəbər verir ki, təbrik məktubunda deyilir:   “Hörmətli cənab Prezident.   Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.   Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü…

Ətraflı

“Xocalıya gəldiyimizə görə şəhidlərimizin ruhu şaddır”

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə köç başlayıb. Mayın 28-29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya yola salınıb. İlk mərhələdə ümumilikdə 44 ailənin – 169 nəfərin Xocalı şəhərində daimi məskunlaşması təmin edilb. Mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə…

Ətraflı

Zakir Həsənov generalı işdən çıxardı

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.   Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.   Əmrə əsasən general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.  

Ətraflı

Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var

“Onların (Şəhidlər – Qeyd) qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur”.   Viral.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham…

Ətraflı

Ermənistan bizdən üzr istəməlidir – PREZİDENT

Ermənistan özü Xocalıda törətdiyi vəhşiliyi etiraf etməlidir, özü bizdən üzr istəməlidir.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.   “Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq…

Ətraflı

Daimi sülhə yönələn bütün səylərə dəstək üçün hazırıq

Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.   Viral.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.   Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.   Qeyd edək ki,…

Ətraflı

Qazaxın azad edilmiş kəndində minatəmizləmə

Qazaxın işğaldan azad olunmuş kəndlərinə mediatur təşkil olunub.   Viral.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə işləri ilə tanış olublar.   Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin:…

Ətraflı

İraq Azərbaycanı belə təbrik etdi

İraqın paytaxtı Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə ən hündür binalardan biri bayrağımızın rəngləri ilə işıqlandırılıb.   Viral.az xəbər verir ki, bu haqda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.   “Azərbaycan Respublikasının milli bayramı 28 May – Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız nümayiş etdirilib.  …

Ətraflı

Azərbaycan Şəhidlərini hörmətlə anırıq – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.   Viral.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə rəsmi “X” hesabında paylaşım edib.   “Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı…

Ətraflı