Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU 

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.   “Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.   Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına…

Ətraflı

Azərbaycanda havanın isti keçməsinin səbəbi AÇIQLANDI

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.   Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Viral.az-a bildirib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu…

Ətraflı

Tətil elan olundu – Bu tarixlərdə ardıcıl 5 gün iş olmayacaq 

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. Viral.az bildirir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və…

Ətraflı

Viral.az-ın 1 yaşı TAMAM OLDU

Bu gün Viral.az-ın fəaliyyətə başlamasından 1 il ötür. Biz gündəmi yaxından izləməyi, etibarlı və qərəzsiz xəbərlər təqdim etməyi özümüzə missiya bilmişik və bu yolda irəliləyəcəyik. Son bir ildə Viral.az ailəsi olaraq bir çox uğurlara imza atdıq. Biz daim oxucularımızın etimadını qazanmağa və onlara lazım olan məlumatları təqdim etməyə çalışmışıq. Bu nailiyyətlər sizin dəstəyiniz və marağınız…

Ətraflı

Sülhməramlıların Qarabağdan çıxarılması davam edir

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması prosesi davam edir. Viral.az xəbər verir ki, bu gün Qarabağı tərk edən Rusiya sülhməramlılarının növbəti hissəsi Laçın yolunda görünüb. Sülhməramlılara məxsus hərbi yük maşınları Qarabağı tərk edib. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb. 2020-ci il noyabrın 10-da imzalanmış…

Ətraflı

Bakıda zavodda faciə: 5 nəfər zəhərlənərək öldü – SİYAHI

Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Viral.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu…

Ətraflı

Hava yenidən pisləşəcək – Leysan yağış, dolu yağacaq

Azərbaycanın rayonlarında iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.   Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Ətraflı

“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldu – 8-ci dəfə

Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.   Viral.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.   Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb….

Ətraflı

Ölüm saçan dərman Bakıda SATIŞA ÇIXARILDI

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. Viral.az baku tv-yə istinadla bildirir ki, qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir. Həkim Abbas Bağırov bildirib ki, qida əlavələrinin istifadəsi çəki artırsa da, çox ciddi fəsadlara yol açır: “Hormonal sistemin pozulması, qaraciyərdə piylənmə,…

Ətraflı

Bu gün bütün uşaqların BAYRAMIDIR

Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Viral.az-ın məlumatına görə, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək…

Ətraflı

Taksi sürücülərinin hazırlığını DİM qiymətləndirəcək

“Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən…

Ətraflı

Hava yenidən pisləşəcək – Dolu düşəcək, sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında iyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında mayın 31-i gündüzdən iyunun 1-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda, 2-də…

Ətraflı

Ermənilər təşvişdə – Dərələyəz Azərbaycana qaytarılacaq?

Azərbaycanla Ermənistan arasında növbəti delimitasiya və demarkasiya prosesi Dərələyəz mahalı (ermənilər Geqarkunik deyirlər – red.) istiqamətində ola bilər. Viral.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Bakı ilə İrəvanın Tavuş və Qazaxdan sonra hansı ərazilərdə demarkasiyaya başlayacağı ilə bağlı müxtəlif proqnozlar var: “Bəziləri Tavuşdakı anklavlar, digərləri Sotk (Zod) və Vardenis…

Ətraflı

Qarabağ Universitetində ikinci təhsil olacaq? – AÇIQLAMA

“Qarabağ Universitetində ikinci təhsil olmayacaq”. Viral.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, Qarabağ Universitetində bu il qiyabi təhsil pilləsi də baş tutmayacaq: “Magistratura və doktorantura pilləsində də təhsil verilməyəcək. Çünki orada elmi şura olmalıdır. Elmi işçi sayı və s. məsələlər həll olunduqdan sonra sadaladığımız təhsil pillələri mövcud ola bilər”….

Ətraflı

Xankəndi şəhərinə ilk köçün tarixi AÇIQLANDI

Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb. Viral.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib. Həmin dialoqu təqdim edirik: Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım. Prezident İlham Əliyev: Əsir düşmüşdün? Sakin: Xankəndidə mən həmin yerə getmək istədim,…

Ətraflı

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. Viral.az-ın məlumatına görə, 106 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:…

Ətraflı

Ordumuzun hərbçisi faciəli şəkildə vəfat etdi

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. “Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət…

Ətraflı

Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. Viral.az axar.az-a istinadən bildirir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə…

Ətraflı