Şuşada “ASAN xidmət” mərkəzinin açılışı bu tarixdə olacaq

Şuşada tikilən “ASAN xidmət” mərkəzinin açılışı bu yaxınlarda olacaq.   Viral.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.   Ü.Mehdiyev Şuşada açılacaq “ASAN xidmət” mərkəzinin ilin ikinci yarısından etibarən Şuşa və ətraf rayonlara köçmüş sakinlərə xidmət göstərəcəyini bildirib.

Ətraflı

Azyaşlı övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.   Viral.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.   Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin…

Ətraflı

Bakıda yeni avtobus zolaqları salınır

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə başlanılıb.   Viral.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqları təşkil edilib.   Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Yeni avtobus…

Ətraflı

Xarici QHT-lər Azərbaycanla bağlı bəyanat YAYDI

Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb. Viral.az xəbər verir ki, bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb. Bonn bəyanatında nələr var? Bəyanatda…

Ətraflı

Nikah yaşı üzrlü səbəblərdən 1 il azaldılmayacaq

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.   Viral.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.   Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər….

Ətraflı

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.   Viral.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-1-ci maddə (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) əlavə edilir.   Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində…

Ətraflı

Azyaşlılara toy və nişan keçirənlər CƏRİMƏLƏNƏCƏK

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək.   Viral.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.   Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə…

Ətraflı

Quldurluq yolu ilə 61500 manat ələ keçirənlər tutuldu

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib. Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61.500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.   Viral.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.   Nərimanov Rayon…

Ətraflı

Azad edilmiş ərazilərinin dirçəldilməsində iştirak edəcək

Belarus Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.   Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə birgə səfərini xoş…

Ətraflı

Nərgiz Absalamovanın həbs müddəti UZADILDI

“Abzas Media” işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb.   Viral.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.   Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup…

Ətraflı

Xəzərin sahilində 2 iaşə obyekti çirkab sularını dənizə axıdıb

Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.   Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri…

Ətraflı

Blinkenin müavini Ermənistan-Azərbaycan münasibətləri haqda: “Əgər sülh olarsa…”

Ermənistanda baş verən siyasi proseslər erməni xalqının demokratik ambisiyalarını əks etdirir. Hökumətin qanunun aliliyini əsaslı hala gətirərək, korrupsiyaya qarşı mübarizə aparmasına, insanlara öz fikirlərini demokratik şəkildə ifadə etməsinə imkanı verən böyük addımları görmək bizi ruhlandırır. Biz bütün bu səyləri dəstəkləyirik. Viral.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini…

Ətraflı

Sabah yağış yağacaq, külək əsəcək

İyunun 12-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.   Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti…

Ətraflı

İtkin düşən hərbçinin ölümü ilə bağlı cinayət işi başladı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra…

Ətraflı

Naxçıvan əhalisinin sayı artıb

Naxçıvan Muxtar respublikasında əhalinin sayı artıb.   Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.   Qeyd edilib ki, 1 may 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2718 nəfər və ya 0,6 faiz artaraq 469 min 265 nəfər olub.

Ətraflı

Faktiki hava: Şimşək çaxıb, leysan yağıb

İyunun 11-i saat 11:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda…

Ətraflı

Azərbaycan universitetləri Banqkokda beynəlxalq konfransda təmsil olunur

“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir.   Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Viral.az-a verilən xəbərə görə, dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulub. Konqres iyunun 10-da başlayıb və 13-dək davam edəcək.  …

Ətraflı

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti qaydaları müəyyənləşir

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər….

Ətraflı

Rezidenturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.   Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.   Bildirilib ki, namizədlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 keçidinə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.   Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və…

Ətraflı

Cinayət törədən 48 nəfər saxlanıldı

İyunun 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın…

Ətraflı

Kredit təşkilatının rəhbərinin cinayət işi məhkəməyə göndərildi

“Kömək Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.   Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.   Bildirilib ki, istintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun…

Ətraflı