Bu aktyor “Komedixana”dan ayrıldı – FOTO

Tanınmış aktyor Cavidan Novruz “Komedixana” kollektivindən ayrıldığını bildirib. Viral.az bildirir ki, lent.az-a müsahibə verən aktyor bunu işlərinin çoxluğu səbəbi ilə etdiyini bildirib. “Düzünü desəm, bu kollektivlə o qədər yaxşı münasibətlərimiz var ki, ayrıldığımı hələ nə özüm, nə onlar qəbul edə bilmir. Hər şey yaxşıdır, dostluq münasibətlərimiz davam edir. Sadəcə işlərin çoxluğu belə tələb etdi. Komedixana…

Ətraflı

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: “O, çox qələt edir”

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub. Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırıb. Xalq artisti Rasim Balayev isə Yüzbəyovun ittihamlarına sərt reaksiya verib. “Künc-bucaq” layihəsinin qonağı olan sənətçi, “O, bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə, deyib ki,…

Ətraflı

Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə məşhur aparıcını günahlandırdı

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib. Viral.az “lent.az”a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də,  bir aparıcını ittiham edib.  “Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi. Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili), efirlərə çıxıb yalan…

Ətraflı

Elza Seyidcahan: “Elgizlə Zaur mənə pul verir”

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. Viral.az olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində danışıb. “Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım – Zaur, Elgiz məni dəyərləndirib pul verirlər. Elgiz mənə bir dəfə solo konsert edib”.

Ətraflı

Talıb Tale özündən 15 yaş kiçik xanımla evlənəcək – VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. Viral.az xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. “Həyatımda olan xanımla aramızda 15 yaş fərq var. Özüm istəyib, özüm seçmişəm, artıq müəyyən addımları da atmışam”, – deyə müğənni…

Ətraflı

“Çox haqlısınız” – Əlixandan Rasim Balayevə CAVAB

Aktyor Əlixan Rəcəbov növbəti addımı ilə diqqət çəkib. Viral.az xəbər verir ki, o, feysbukda hesabında Xalq artisti Rasim Balayevin “Alatava” serialını tənqid etməsi ilə bağlı xəbərə ironiyalı şərh yazıb. Rəcəbov paylaşıma “Çox haqlısınız! Super” şərhini bildirib. Sözügedən ekran işində rol alan Kamran Ağabalayev Əlixanın şərhinə səssiz qalmayıb və “Narahat olublar. Sonra deyirlər, kino elə, kino belə. Bunlarla kino…

Ətraflı

Xərçəngə yoluxan məşhur azərbaycanlı aparıcı Türkiyədə əməliyyat olundu 

Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı aparıcı Zülfiyyə Bayramova Türkiyədə əməliyyat olunub. Viral.az xəbər verir ki, bu baradə aparıcının oğlu məlumat verib. “Anam 2 gün öncə şiş xəstəliyi səbəbindən əməliyyat olunub. Bu yaxınlarda Bakıya qayıdacaq”. Qeyd edək ki, Zülfiyyə Bayramova həmkarı, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkib. // Referans.az 

Ətraflı

Aras “Gaddar”ın aktrisası ilə eşq yaşayır – FOTO

Türkiyəli aktyor Aras Bulut İynemli yeni münasibətə başlayıb. Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor həmkarı Buse Meral ilə sevgili olub. Çeşmədə istirahətdə olduqları zaman tanış olan cütlük sosial şəbəkədə də biri-birini izləməyə alıb. Qeyd edək ki, Buse Meral hazırda “Gaddar” serialında rol alır. (Axşam.az )

Ətraflı

Röya oğlunun bu hərəkətinə görə ÜZR İSTƏDİ

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb. Viral.az olay.az-a istinadən bildirir ki, sənətçi bu barədə “PrimeTime Elvin Elxanla” yutub layihəsində bəhs edib. “Mənim bir günüm yox olub. Özü də yeməkdə idim. Hər kəsin burnundan gəldi. Uşaq üç gün evdən çölə çıxmayıb. Deyir ki, nə bilim, biz…

Ətraflı

Tanınmış müğənni tiktokda tanış olduğu bəylə ailə qurur – VİDEO

“7-17” mahnı müsabiqəsi ilə tanınan müğənni Xəyalə Manaflı nişanlanıb. Viral.az xəbər verir ki, bu barədə müğənni ATV-nin efirində yayımlanan “Günaylı gün” verilişində açıqlama verib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. O, Nurlanla “TikTok” video platformasında tanış olduğunu açıqlayıb. Ətraflı sujetdə:

Ətraflı

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı – FOTO

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor  Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. Viral.az bildirir ki, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. “Sırf bəyənmə xatirinə “öldü” xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığım yerindədir. Cümə günü səhnəyə çıxacam. Yıxılmadım, ayaqdayam”,-  o yazıb.

Ətraflı

Finala yaxın “Yarqı”da yeni sima – FOTO

“Yarqı” serialının heyətində dəyişiklik edilib. Viral.az xəbər verir ki, ekran işində aktrisa Ebru Helvacıoğlu rol alacaq. O, layihənin “Serap” obrazı ilə 90 və 91-ci bölümlərdə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, serialın baş rollarını Kaan Urqancıoğlu ilə Pınar Dəniz paylaşır. Ekran işi 95-ci bölümdə final edəcək. (axşam.az)

Ətraflı

Türkan estetik əməliyyatından yazdı – FOTO

Ötən günlərdə estetik əməliyyat etdirən müğənni Türkan Vəlizadə yeni paylaşımlar edib.  Viral.az xəbər verir ki, fotolarını izləyiciləri ilə bölüşən Türkan üzündəki dəyişikliklərdən söz açıb: “Əməliyyatımdan 18 gün keçir. Özümü çox əla hiss edirəm. Dəyişimim müsbətə doğru gedir”.  Qeyd edək ki, Türkan üz gərmə əməliyyatı etdirib. (olay.az)

Ətraflı

Mətanət Əsədova əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”

“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni…

Ətraflı

Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi (FOTO)

Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib. Viral.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb: “Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”. Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı…

Ətraflı

“Zooparkda iki saat heyvanlarla dərdləşdim”

“Anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarət edirəm, başımı qoyuram torpağa, orada onunla danışıram. Gedib zooparkda iki saat heyvanlarla oturub dərdləşdim”. Viral.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Mirinin dibçəyi” layihəsində deyib. O, ətrafındakı insanlardan gileylənib: “Dünyada iki aləm var. Biri heyvanlar aləmi, biri insanlar aləmi….

Ətraflı

“O pul olmasaydı məcbur qalıb evimi, qızıllarımı satacaqdım”

“Birinci həyat yoldaşımdan ayrılıb gələndən sonra onunla qaldığım evdə yaşayış hüququ qazandım. O evə oğlum Adil ilə bərabər qeydiyyata düşdüm. Sonra rəhmətlik qayınatam bizə başqa yerdə ev almağınız üçün pul verdi. Dedi, gedin özünüzə başqa yerdə ev alın və buradan qeydiyyatdan çıxın. Bu məsələ məhkəmə olmadan öz həllini tapdı. O ev də onların özündə qaldı və…

Ətraflı

Rafael “Eşqin məhəbbəti” haqda DANIŞDI

Əməkdar artist Rafael İskəndərovun növbəti açıqlaması maraqla qarşılanıb. Viral.az OLAY-a istinadla yazır ki, “Şən gənc” verilişində iştirakçılardan birinin videoçarxında aktyorun “Məhəllə” filmindəki Qüdrət obrazına işarə edilib və “Eşqin məhəbbəti” mahnısı səslənib. İskəndərov aparıcı Aysel Novruzqızının “Rafael bəy, söhbət necə gəlib Qüdrətə çıxdı” sualına cavab verib. “Elariz (red. – müğənni Elariz Məmmədoğlu) deyirdi ki, bu mahnı səslənəndə hamı…

Ətraflı

Xalq artistindən qalmaqallı paylaşım: “Bu dünyada ən mənasız peşə aktyor olmaqdır”

Xalq artisti Mehriban Zəki növbəti paylaşımı ilə diqqət çəkib.  Viral.az xəbər verir ki, sənətçi aktyor olmağın ən mənasız peşə olduğunu yazıb. Bu barədə o, “Instagram” hesabında post paylaşıb. “Bu dünyada ən mənasız peşə, sənət aktyor olmaqdır. Amma mən mənasız işlərlə məşğul olmağı sevirəm”, – deyə, M. Zəki bildirib.

Ətraflı

8 milyonluq kanalı oğurlandı – FOTO

Türkiyəli yutuber Ruhi Çenetin 8.67 milyon izləyicisi olan yutub kanalı oğurlanıb. Viral.az xəbər verir ki, kibercinayətkarlar onun bütün videolarını silib. Bu barədə Ruhi instaqramın hekayə bölməsində paylaşım edərək “Kanalımız oğurlanıb. Bu saxta yayımlara inanmayın” yazıb. Qeyd edək ki, bu addımı atan şəxslər kanalda hazırda canlı yayım həyata keçirirlər. // olay.az

Ətraflı