Xərçəngə yoluxan məşhur azərbaycanlı aparıcı Türkiyədə əməliyyat olundu 

Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı aparıcı Zülfiyyə Bayramova Türkiyədə əməliyyat olunub.

Viral.az xəbər verir ki, bu baradə aparıcının oğlu məlumat verib.

“Anam 2 gün öncə şiş xəstəliyi səbəbindən əməliyyat olunub. Bu yaxınlarda Bakıya qayıdacaq”.

Qeyd edək ki, Zülfiyyə Bayramova həmkarı, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkib. // Referans.az