Qeyri-neft qaz sektorunun gəlirləri proqnozdan çox olub

“Cari ilin ötən 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 4,3 % artıb”.   Viral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.   Maliyyə naziri bildirib ki, dünya neft-qaz bazarlarında mövcud olan münbit qiymət 2024-cü ilin dövlət büdcəsində neft-qaz…

Ətraflı

Dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatı yaranıb

Qarabağ və Şərgi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılması, infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə vəzifələrin icrası üçün dövlət büdcəsi qarşısında…

Ətraflı

Ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulmasıdır

Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir.   Viral.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Belə…

Ətraflı

Azərbaycan büdcəsi niyə artırılır?

Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata çatdırılacaq. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinda öz əksini tapıb. Büdcənin xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon…

Ətraflı

“Avrasiyasnın Arteriyaları” kitabı təqdim edildi

Bu gün tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun cənab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində ictimaiyət üçün təqdimat mərasimi keçirilmişdir.    Viral.az xəbər verir ki, təqdimatda İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının…

Ətraflı

Prezident COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı vergi güzəştlərini TƏSDİQLƏDİ

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.   Viral.az-ın xəbərinə görə, Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.   Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının…

Ətraflı

Səfir “Zəngəzur dəhlizi”nin açılmasından danışdı: İşlər davam edir!

 Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpası üzrə işlər baş nazir müavinlərinin himayəsi altında Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilir. Viral.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “Utro” jurnalına müsahibəsində “Zəngəzur dəhlizi” barədə danışarkən deyib. “Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə alternativ marşrutun yaradılmasına dair razılaşmalar…

Ətraflı

“Brent” nefti "Azeri Light"da baha SATILIR

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0.50% və ya 0,39 dollar artaraq 1 barelə görə 78.80 ABŞ dolları təşkil edib. Viral.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.63% və ya 0,47 dollar artaraq…

Ətraflı

Gələn aydan Türkiyədə inflyasiya kəskin azalacaq 

Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.   Viral.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.   Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın qlobal artıma mənfi…

Ətraflı

Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə çox böyük tələbat yarana bilər.   Viral.az xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.   Prezident Putin deyib: “Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və…

Ətraflı

Macarıstan şirkəti “Şahdəniz” layihəsi ilə bağlı sənəd imzaladı

Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı imzalanan sənəd Azərbaycanın iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək.   Viral.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.   “Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində…

Ətraflı

Azərbaycan qazı artıq Macarıstana da çatır

Macarıstan Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9 faiz paya malikdir.   Viral.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.   “Azərbaycan qazının Avropaya çıxması ilə bağlı dərhal Macarıstanla bu istiqamətdə danışıqlar başlanıldı. Sevindirici haldır ki, Azərbaycan qazı artıq Macarıstana da çatır”, – nazir əlavə edib.   Ceyhun Bayramov…

Ətraflı

Azərbaycanda benzin ucuzlaşa bilər? – İqtisadçı CAVAB VERDİ

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlanacağı barədə məlumat yayılıb. Bu məlumat yayılandan sonra bəziləri düşünürlər ki, sözügüdən istehsalın başlanması Azərbaycanda Aİ95 (“Premium”) markalı benzinin qiymətinə təsir edəcək, ucuzlaşma olacaq. Bəs həqiqətən də belə bir hal baş verə bilərmi? Viral.az xəbər verir ki, suala…

Ətraflı

Hökumətdən ərzaqlıq buğda ilə bağlı yeni QƏRAR

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası təsdiqlənib.   Viral.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.   Müəyyən edilib ki, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280…

Ətraflı

Azərbaycanda un yenə bahalaşdı – VİDEO

Azərbaycanda unun qiyməti artmaqda davam edir.   Viral.az  “Xəzər TV”yə istinadən xəbər verir ki, qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur.   Belə ki, əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha təklif olunduğu bildirilir.   Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin…

Ətraflı

Mərkəzi Bank Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) və Sosial Tədqiqatlar Mərkəzi arasında görüş keçirilib.   Viral.az bu barədə AMB-yə istinadən xəbər verir.   Məlumata görə, görüşdə AMB-nin istehlakçıların hüquqlarının müdafiəsi istiqamətindəki təcrübəsi və fəaliyyəti diqqətə çatdırılıb. Həmçinin görüşdə çərçivəsində iki qurumun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ətraflı