Türk dünyasını daha da gücləndiririk

Dünyada gedən proseslər onu göstərir ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas təşkilatdır, bu, bizim təşkilatdır. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri Türk Dövlətləri ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Viral.az xəbər verir ki, bu barədə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında bildirib. 

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə qazandığı qələbədən sonrakı çıxışında Türk Dövlətləri ilə əlaqələrə toxunub. Bu gün Türk Dövləti ilə münasibətlər müxtəlif səviyyədə, eyni zamanda parlament səviyyəsində davam edir. Milli Məclisin sədri Sahibə Qafarova mütəmadi olaraq Türk Dövlətlərinin parlament sədrləri ilə görüşlər keçirir, səfərlər edir. 

Deyə bilərik ki, Türk dünyasının gücünü hiss edir, daha da gücləndiririk. Azərbaycanın  gücü hər bir Türk dövlətinin gücüdür, hər bir Türk dövlətinin gücü də Azərbaycanın gücüdür”,-deyə o bildirib.