“Əldə etdiyimiz qələbə Şimali Kipr ilə əlaqələrə də müsbət təsir edib”

“Əldə etdiyimiz qələbə Şimali Kipr ilə əlaqələrə də müsbət təsir edib”.

Viral.az xəbər verir ki, bu barədə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında bildirib. 

 

“Belə ki, son illərdə Şimali Kiprlə əlaqələrimiz güclənir. Bu yaxınlarda isə Azərbaycan və Şimali Kipr parlamentləri arasında dostluq qrupu yaradıldı. Hesab edirik ki, Şimali Kiprlə əlaqələrimiz daha da inkişaf etdiriləcək”,-deyə o bildirib.