CHP sədri Türkiyənin sabiq prezidenti ilə görüşüb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ölkənin sabiq prezidenti Ahmet Necdet Sezeri Gölbaşındakı evində ziyarət edib.

 

Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri 2000-2007-ci illərdə Türkiyə prezidenti olmuş siyasətçinin evində təxminən 1,5 saat qalıb.

 

“Cənab sədrə xoş ziyarətə görə təşəkkür etmək istəyirəm. Sizə missiyanızda uğurlar arzulayıram. Çətin bir işin öhdəsindən gəlindi. Bu, mütləq uğurlu olacaq. Mənim ümidim budur. Mən də sizə təşəkkür edirəm”, – sabiq prezident deyib.

 

“Biz bundan əvvəl də hörmətli prezidentimizə nəzakət ziyarətləri etmişdik. Mən sədr seçiləndən sonra telefonla təbrik etdi. Bu telefon zənginə görə sizə təşəkkür etmək üçün gəlmək istədim. Biz onun böyük dövlət təcrübəsindən bəhrələnirik”, – CHP sədri vurğulayıb.

 

“Onun məsləhətini alırıq. Hörmətli Prezidentimiz Türkiyə Cümhuriyyətinin çox mühüm bir dönəmində və Türkiyədə hər kəsin bu gün də həsədlə xatırladığı bir dövrdə çox uğurlu prezidentlik edib. Onun məsləhətini aldıq. Gələcəkdə də prezidentimizə baş çəkəcəyik”, – o əlavə edib.