23 Rusiya və 9 Belarus vətəndaşı Gürcüstandan sığınacaq istəyib

İlin əvvəlindən bəri Gürcüstanda 379 sığınacaq axtaran şəxs qeydiyyata alınıb.

 

Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

 

Ukraynadan (66), Hindistan (51), İran (45), Türkiyə (43), Pakistan (35), İraq (15), İordaniya (14), Nigeriya (12) və Suriyadan (10) belə şəxslər qeydiyyata düşüb. Həmçinin 23 Rusiya və 9 Belarus vətəndaşı da sığınacaq istəyib.

 

11 əcnəbi humanitar status alıb: 9-u Ukraynadan, biri İraqdan, birinin isə vətəndaşlığı naməlumdur. 2 İran vətəndaşına və vətəndaşlığı naməlum bir şəxsə qaçqın statusu verilib.