Putin Çinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırır.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya lideri özü məlumat verib.

“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, – dövlət başçısı bildirib.

Putin tarixi dəqiqləşdirməyib, lakin göstərilən ayı nəzərə alsaq, bu səfər prezidentin yeni dövründə ilk xarici səfəri ola bilər.

(redaktor.az)