Bayramov-Mirzoyan görüşü KEÇİRİLƏCƏK – Bu ÖLKƏDƏ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almatıda görüşəcəklər.

Viral.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” ilə söhbətində bildirib.

Qeyd edək ki, Qazaxıstan tərəfinin təklifi Bakı və İrəvan tərəfindən nəzərdən keçirildikdən sonra müsbət qərar verilib.