“Sərhədin müəyyənləşdirilməsində mübahisələr yarana bilər” – Politoloq AÇIQLADI

Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin nə zaman qaytarılacağı mövzusu aktuallaşıb”.

Viral.az-ın məlumatına görə, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb.

“Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər. Əslində bunda problem yoxdur, onsuz da qısa müddətdə iki ölkə arasında sərhədin tamamının müəyyənləşdirilməsi mümkün olmayacaq. Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir”.

Yusif EYVAZLI