Babəkin yeni icra başçısı KİMDİR…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə Rasim Hüseynovu əvəz edib.

 

Viral.az-ın məlumatına görə, Ovni Muradov Naxçıvanın elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

 

O, daha əvvəl nazirin səlahiyyətlərini də icra edib.

 

O.Muradov nazir müavini vəzifəsinə təyin olunandək Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.