Həkim saç tökülməsinə qarşı bu qidanı yeməyi məsləhət GÖRDÜ

Həkim Aleksandr Myasnikov saç tökülməsinə qarşı super qidanı açıqlayıb.

Viral.az xarici “KİV”ə istinadən xəbər verir ki, mütəxəssis balqabaq toxumu yeməyi məsləhət görüb.

Həkim izah edib ki, balqabaq toxumlarının tərkibində saç tökülməsinin qarşısını alan sink var. Bundan əlavə, məhsul erkən yaşlanma ilə mübarizə aparmağa kömək edən E vitamini ilə zəngindir.

Myasnikov qeyd edib ki, həmçinin ürək-damar sisteminə yaxşı təsir göstərən və aterosklerozun inkişaf risklərinin qarşısını alan yüksək miqdarda yağ turşularını ehtiva edir.

Yusif Eyvazlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir