Ərdoğan Zelenski ilə nələri müzakirə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ukrayna müharibəsini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Danışıq zamanı Türkiyənin dövlət başçısı Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Ərdoğan taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu da əlavə edib.