Ermənistanda əsir saxlanılan hərbçimizin  VİDEOSU

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. Videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə baş tutub. Viral.az “modern.az”a istinadən əsir Aqşin Bəbirovun ailəsi ilə telefon danışığının videogörüntülərini təqdim edir:

Ətraflı

Sumqayıt avtovağzalı fəaliyyətə BAŞLAYIB

Sumqayıt-Bakı istiqaməti üzrə sərnişindaşımanın Sumqayıt avtovağzalından fəaliyyət göstərməsi təmin olunub. Viral.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində reydlər keçirilib. Sumqayıt Şəhər Polis İdarəsi, Dövlət Yol Polisi Şöbəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)…

Ətraflı

BQXK əməkdaşları əsir hərbçilərimizə baş çəkdi

13 iyun tarixində BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Viral.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. “Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri…

Ətraflı

Bakı metrosu yay rejiminə keçir

İyunun 16-dan “Bakı Metropoliteni” QSC-də qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. Viral.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədardır. Yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında – hər iş günü saat 07:00-dan saat 21:00-a qədər…

Ətraflı

Azərbaycanda alim vəfat etdi-FOTO

Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev dünyasını dəyişib. Bu barədə Viral.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, D.Vəliyev 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, D.Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. Onun iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən…

Ətraflı

Özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar SƏRTLƏŞDİRİLİB

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilib. Viral.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki…

Ətraflı

Milli Məclis Heydər Əliyevlə bağlı bəyanat qəbul etdi

Milli Məclis Ulu Öndər Heydər Əliyevlə bağlı bəyanat qəbul edib. Viral.az xəbər verir ki, bu gün parlamentdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclas keçirilib. İclasa qatılan deputatlar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş çıxışlar ediblər. İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illilinə…

Ətraflı

Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problem var – Dövlət Komitəsi

“Azərbaycanda hüquqi baxımdan qadın və kişilər üçün eyni və bərabər vəziyyət yaradılıb. Sadəcə bundan istifadə imkanları nə dərəcədədir? Problemlər nələrdir? Bunu müzakirə etmək lazımdır”. Viral.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. O…

Ətraflı

Audiovizual Şuranın iclası keçirilib

14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. Viral.az Şuraya istinadən xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub. İlk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları…

Ətraflı

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə…

Ətraflı

Binəli Yıldırım Şuşaya SƏFƏR EDƏCƏK

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfərə gedəcək. Viral.az xəbər verir ki, bu barədə o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. Belə ki, Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib.

Ətraflı

Bu restoranın fəaliyyəti MƏHDUDLAŞDIRILDI-FOTO

Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Viral.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, ev 376 ünvanında fəaliyyət göstərən “Yakudza” MMC-yə məxsus “Yakudza” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə havalandırma…

Ətraflı

Əlilliyi olan şəxslərin sayı AÇIQLANDI

Növbəti ildə daha 4 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. O bildirilib ki, son 5 ildə 12 reabilitasiya sosial xidmət mərkəzi yenidən qurularaq istifadəyə verilib: “Əgər 2018-ci ildə bu mərkəzlər…

Ətraflı

İctimai çimərliklər ziyarətçilərin istifadəsinə verildi – FOTOLAR

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib. Viral.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib. Sakinlərin rahat və…

Ətraflı

Sumqayıtdakı yanğından sonra havada dəm qazı artıb

Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib. Viral.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə,…

Ətraflı

Son 5 ayda sosial müavinətlər üzrə 409 mln. manat ödənilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirlikdən Viral.az-a verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz…

Ətraflı

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb

“Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb”. Viral.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. “O, bununla da…

Ətraflı

Ağalıda təlim keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tibb Xidmətinin bir qrup əməkdaşı işğaldan azad edilmiş ərazilərdə və Zəngilan rayonunun Ağalı kəndində təlim keçirib. FHN-dən Viral.az-a verilən məlumata görə, təlim “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin müraciəti əsasında baş tutub. Ağalı kənd orta məktəbinin…

Ətraflı