Azərbaycanda 560 uşaq övladlığa götürülüb

Azərbaycanda 2019-cu ilin noyabrından indiyədək 560 uşaq övladlığa götürülüb. Ötən il 15 uşaq himayədar ailəyə verilib.

Viral.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda mayın 31-də təşkil olunan konfransda deyib.

Nazir müavini bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də uşaqların uğurlu siyasətin formalaşdırılması, xüsusilə həssas kateqoriyadan olan uşaqların keyfiyyətli sosial təminatının diqqətdə saxlanılmasıdır.

Son Yazılar:

Uşaqların övladlığagötürmə məsələsinin, himayədar ailələrə verilməsinin mərkəzləşdirilmiş və elektron qaydada aparıldığını diqqətə çatdıran V.Nəsirli 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müavinətlərin təsis olunduğunu deyib.

Sosial xidmətlərlə bağlı danışan nazir müavini əlavə edib: “Hazırda 1441 uşaq sosial müəssisələrdə yerləşdirilib. 2022-ci ildən etibarən 1136 uşağın müəssisələrə yerləşdirilməsi üçün 777 müraciət daxil olub. Müraciət üzrə 440 uşaq sosial dəstək tədbirləri nəticəsində ailələrində saxlanılıb və bu da yaxşı göstəricidir”.