“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ekoloji aspektdə fəaliyyətini dayanıqlı inkişaf prinsiplərinə uyğun həyata keçirir.
Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, ASCO-nun fəaliyyətinin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək əsas məqsədlərdəndir: “ASCO-da ətraf mühitə mümkün zərərli təsirin sıfıra endirilməsi, o cümlədən tullantıların və emissiyaların minimal səviyyədə saxlanılması, su-enerji resurslarından qənaətlə istifadə olunması istiqamətində planlı və davamlı tədbirlər görülür. Bu sahədə fəaliyyətimizi ölkə qanunvericiliyinin, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə, eləcə də gəmiçilik sahəsində mövcud olan beynəlxalq konvensiyalara uyğun təşkil edirik”.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Direktorun sözlərinə görə, ASCO-nun ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərinə ətraf mühitin mühafizəsi, qəzaların qarşısının alınması, tullantı və emissiyaların səmərəli idarə olunması, ekosistemlərə mənfi antropogen təsirin minimuma endirilməsi aiddir: “Həmçinin təmiz, içməli su resurslarından səmərəli istifadə, fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi, biomüxtəlifliyin qorunması, enerji resurslarından qənaətlə istifadə, innovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə daha əlverişli, mütərəqqi texnika və texnologiyaların tətbiqi də bu prinsiplər sırasında yer alır”.