Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin enerji naziri Alparslan Bayraktar moldovalı həmkarı Viktor Parlikovla danışıqların nəticələrinə dair “X” sosial şəbəkəsində məlumat verib.
Görüş İstanbulda beynəlxalq enerji forumu çərçivəsində keçirilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Saziş bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi ticarəti, ağıllı şəbəkə texnologiyaları və təbii qaz təchizatı kimi sahələrdə bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Ölkələr bu sahələrdə birgə layihələr həyata keçirməyi planlaşdırır.
Sənəd həmçinin bilik və texnologiyaların ötürülməsini, investisiyaların təşviqini və iki ölkənin özəl sektorunun əməkdaşlığını dəstəkləyir.