Tokayev Putinlə danışıqlar apardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
 

Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Adminstrasiyası məlumat yayıb.
 

Prezidentlər ticarət, energetika, logistika məsələlərini müzakirə ediblər.
 

Son Yazılar:

Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlətlərin başçılarının iyul ayında Astanada keçiriləcək iclasının mövzuları müzakirə olunub.
 

Putin və Tokayev xarici liderlərlə son təmasların nəticələrinə görə qiymətləndirmələr mübadiləsi aparıblar.
 

Danışıqlarda Rusiya-Qazaxıstan münasibətlərinin hərtərəfli möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.