Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də yerləşən 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.
“Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək”, – DYMX əməkdaşı bildirib.
Son Yazılar:
- “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür”
- BDU-nun müəllimi vəfat etdi – FOTO
- Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!: Sənəd qəbulu BAŞLADI
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.