“Avroviziya 2024”ün keçiriləcəyi yer müəyyənləşdi

“Avroviziya 2024” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yer Avropa Yayım Birliyi (EBU) tərəfindən müəyyən edilib. Avropa Yayım İttifaqının seçiciləri şəhəri minlərlə nümayəndə heyətini, çəkiliş qruplarını, fanatları və jurnalistləri yerləşdirməyin mümkün olub-olmayacağına, eləcə də lazımi infrastrukturun mövcudluğuna əsaslanaraq seçiblər. Yarışın finalı mayın 11-də “Malmö-Arena” idman…

Ətraflı

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd ETDİ

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Viral.az xəbər verir ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

Ətraflı

YUNESKO: Lvovda partlayışın Ümumdünya İrs Siyahısının bufer zonasına düşdü

“Lvov şəhərində baş verən partlayışlardan biri Ümumdünya İrs Siyahısına daxil olan ərazinin bufer zonasına düşüb.” Viral.az “TASS” istinadən xəbər verir ki, bu YUNESKO-nun yaydığı məlumatda qeyd  olunub. “Bufer zonaları Ümumdünya İrs obyektləri üçün əlavə mühafizə təbəqəsidir və sərhədləri Ümumdünya İrs Komitəsi tərəfindən tanınır və təsdiqlənir. Ümumdünya İrs Konvensiyası ilə qorunan əraziyə hücum “bu Konvensiyanın, eləcə…

Ətraflı

BMT:Sudanda qarşıdurmalara görə 2,8 milyon insan ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Viral.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri əldə etdikləri məlumatları paylaşıb. Yayılan yazılı bəyanatda Sudanda son 11 həftədə 15 humanitar yardım işçisinin həyatını itirdiyi bildirilib. Sudanda 2,8 milyon…

Ətraflı

İHL “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanı” oldu

İstanbul Hava Limanı Operatoru idarə heyətinin baş direktoru Kadri Samsunlu sosial media hesabında Beynəlxalq Avropa Hava Limanları Şurasının (ACI Europe) 2023-cü il Hava Bağlantısı Trendləri Hesabatının nəticələrini paylaşıb. Viral.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Hava Limanı Avropa hava limanları arasında “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanları” arasında birinci yerdədir. İstanbul Hava Limanı…

Ətraflı

“Fransa başqa ölkələrə mühazirə oxumaqdansa, öz problemlərini düşünsün”

“Fransadakı vəziyyət ortaq Avropa qitəmizin təhlükəsizliyini təhdid etməməlidir”. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Fransa hökuməti başqa ölkələrə mütəmadi olaraq mühazirə oxumaqdansa, öz problemlərini düşünməlidir. Fransa hökuməti cəmiyyətin radikallaşmasına ciddi yanaşmalı, düşmənçiliyin və irqçiliyin artmasına qarşı ciddi addımlar atmalıdır. Fransanı törədilmiş…

Ətraflı

Mirzoyan fransalı həmkarı ilə nələri müzakirə etdi…

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb. Viral.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb. Telefon danışığı zamanı nazirlər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib. Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son proseslər barədə məlumat verib. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də…

Ətraflı

İsveç Vilnüs sammitində NATO-ya üzv ola bilməyəcək

İsveç NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində heç bir halda alyansa üzv ola bilməyəcək, hətta Türkiyənin razılığı olsa belə, həmin vaxta qədər ərizənin ratifikasiyası mümkün deyil. Viral.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Mümkün olan və sammitdə əldə etmək istədiyimiz müsbət qərar Türkiyənin ratifikasiyaya razılığını almaqdır. Amma…

Ətraflı

 Ana özünü və üç övladını zəhərləyərək öldürdü

İranın Loristan əyalətinin Durud şəhərində yoxsulluq səbəbindən ana özünü və üç övladını zəhərləyərək öldürüb. Viral.az GünAzTV-yə istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb. “Bu, bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir. Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi…

Ətraflı

Lukaşenko Priqojinin harada olduğunu AÇIQLADI

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarus ərazisində deyil.  Viral.az xarici mediaya istinadla xəbər verir ki, respublika prezidenti Aleksandr Lukaşenko onun harada olması barədə danışıb. Onun sözlərinə görə, Priqojin Sankt-Peterburqdadır.  “Bu səhər o haradadır..? Ola bilsin, səhər Moskvaya gedib”, – dövlət başçısı ehtimal edib.

Ətraflı

Zelenski tələb etdi, səfir Tiflisə qayıdır

Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili yaxın vaxtlarda Tiflisə qayıdacaq. Viral.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib. Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstan səfirinin Saakaşvili ilə bağlı məsələni hökuməti ilə məsləhətləşmək üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə tapşırıq verib.

Ətraflı

Şoyqunun hədiyyəsi Priqojinə geri qaytarıldı

İyunun 24-də “Vaqner” rəhbəri Yevgeni Priqojinə məxsus yerlərdə axtarışlar zamanı Rusiya müdafiə naziri Sergey Şoyqudan aldığı fərdiləşdirilmiş “Glock” tapançası və ondan götürülən digər silahlar qaytarılıb.  Viral.az xəbər verir ki, bu barədə “Fontanka.ru” məlumat yayıb. Priqojindən götürülən silahlar iyulun 4-də geri qaytarılıb.  Nəşrin məlumatına görə, “Glock”dan əlavə, ona iki “Saiga” karabini, bir Avstriya tüfəngli “Steyr Mannlicher”,…

Ətraflı

Ağ Evdə kokain tapıldı

Ekspertiza işçilərin və ziyarətçilərin Ağ Evin anbarında cib telefonlarını qoyduqları şkafda tapılan ağ tozun kokain olduğunu təsdiqləyib. Viral.az “TASS”a istinadən xəbər verir ki, narkotik Ağ Evin prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin ofislərinin və işçilərinin, həmçinin Oval kabinetin yerləşdiyi qərb qanadında adi yoxlama zamanı aşkar edilib. Bildirilir ki, bir qayda olaraq, qonaqlar üçün həftə sonları Ağ…

Ətraflı

Britaniya kralı III Çarlzın ikinci tacqoyma mərasimi keçirilib

Böyük Britaniya kralı III Çarlzın Şotlandiyada Edinburqdakı Müqəddəs Giles Katedralində ikinci tacqoyma mərasimi keçirilib. Viral.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Londondakı Vestminster Katedralində tacqoyma mərasimindən səkkiz həftə sonra krala Şotlandiya tacı, əsa və qılınc təqdim edilib. Mərasimdə Şotlandiyanın Rotsi hersoqu, Uels şahzadəsi iştirak edib. Noyabrda Böyük Britaniya kralının 75 yaşı tamam…

Ətraflı

Britaniya ordusunda döyüşə hazır 40 tank qalıb?

İngilis ordusunun xidmətində yalnız 40 döyüşə hazır tank qalıb. Viral.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb. Qeyd olunur ki, iyulun 4-də İcmalar Palatasının Müdafiə Komitəsinin iclasında Britaniya Baş Qərargah rəisi, admiral Toni Radakin bildirib ki, Böyük Britaniya NATO-nu 17,5 min tam təchiz olunmuş əsgər, həmçinin nəqliyyat vasitələri və artilleriya ilə təmin etməyə hazırdır.  Britaniya parlamentinin üzvü Mark Fransua qəzetə…

Ətraflı

Almaniya ABŞ-dən onlarla hərbi helikopter alacaq

Almaniya ABŞ-nin “Boeing” şirkətindən 60 ədəd “Chinook” hərbi helikopteri alacaq. Viral.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya parlamentinin büdcə komitəsinin qərarı sübut edir. Müqavilənin dəyəri 6 milyard avrodan çoxdur. Qeyd edək ki, “Chinook” 1960-cı illərdən geniş istifadə olunmağa başlayıb və dünyanın 20-dən çox ölkəsində xidmət göstərir. ABŞ artıq Vyetnam və Əfqanıstandakı müharibələr zamanı belə…

Ətraflı

Misir Prezidenti Türkiyəyə səfər edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyulun 27-də Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır. Viral.az xəbər verir ki, bu barədə Britaniyanın “İndependent” qəzetinin Türkiyə nəşri məlumat yayıb. Məlumata görə, Misir lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional məsələləri müzakirə edəcək. Sisinin Türkiyəyə səfəri Ankara və Qahirənin iyulun 4-də elan etdiyi diplomatik münasibətlərin tam bərpası fonunda baş tutacaq….

Ətraflı

“Taliban” ŞƏT sammitində iştirak etmək istəyir

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak etmək istəyir. Viral.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, “Taliban” bölgədə təhlükəsizliyə nail olmaq üçün bu cür görüşləri alqışlayır.  Bəyanatda həmçinin deyilir ki, Kabil ŞƏT sammitinin müharibəsiz və narkotikdən azad Əfqanıstanı dəstəkləməkdən bəhs edən…

Ətraflı