Türkiyə ordusu İraqda və Suriyada 17 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.

 

Viral.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də yaydığı məlumata istinadla xəbər verir.

Son Yazılar:

 

Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.

 

Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.