Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI 

Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Hüseynov Ramazan Rafiq oğlu iyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə 58 bal toplayıb.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Viral.az-a məlumat verilib. 

O, öz təəssüratlarını bizimlə bölüşüb.

“Çox sevincliyəm və bütün həmkarlarıma bu prosesdə uğurlar arzulayıram. İmtahan çox şəffav keçdi. Düşünürəm ki, suallar çox sadə idi. Sertifikasiya təhsilin inkişafı üçün uğurlu bir addımdır. Ümid edirəm ki, növbəti sertifikasiya imtahanında maksimum nəticə göstərə bilərəm”,- müəllim qeyd edib.