Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Akif Rüstəmovun yubileyinə həsr olunan “Çağdaş media təhsili: nəzəriyyədən təcrübəyə” adlı dəyirmi masanı ən əvvəl dəyirmi körpüyə bənzətmək olar. Körpü üzərində dünəndən-bu günədək yaşayan və davam edən xoş xatirələrin, fakültə mədəniyyətinin, müəllim-tələbə dostluğunun mübarək addımları eşidilir. Bu körpünün giriş qapısı nəzəriyyədirsə, çıxışı da təcrübədir. Elə çıxış qapısı da giriş qapısı kimidir, yəni sonradan müxtəlif media sahəsində fəaliyyət göstərən fakültə məzunlarımız öz təcrübələrini gənc tələbə-jurnalistlərlə bölüşmək üçün, yenidən bu körpüyə üz tuturlar.
Məsələn, dünənki günü xatırlayıram: iki körpülük xoşbəxtliyimi. Birincisi, dünənin məzunu ilə bugünkü dəyirmi masa arasında Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova körpü rolunu oynadı. Və mən buradayam. Sizlərlə – doğmalarla birlikdə. İkincisi, tələbələrdən Xatirə Hüseynovanın Universitet tribunası barədə söylədiyi yüksək fikirlərini eşitdim. Həmin an ağlıma gəldi ki, elə tribunanın özü də körpüdür. Müəllimlə tələbə arasında…
Və “bir tribunanın sirri” də ondadır ki, onun arxasında mənim kimi neçə-neçə tələbənin dili söz tutub. Dağ boyda müəllimlərimizin mənəvi qüdrəti önündə dilimiz açılıb, sonradan dilçəyimiz də yaranıb.
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi
Görkəmli ədəbiyyatşünas Rafael Hüseynov buna görə deyir ki, “…Körpülərə həmişə insanların ehtiyacı olub və insan sıra-sıra körpülər yaradıb…” Rafael müəllim bir də körpü-insanlardan danışır. Buna Abbasqulu ağa Bakıxanovu misal göstərir. Və deyir ki, Azərbaycan coğrafiyaşünaslıq elminin banisi olan Hacı Zeynalabdin Şirvaninin həyatına körpü olan, onun tanınma arealını genişləndirən məhz Bakıxanov olub.
Bizim üçün də körpü-insanlar ömürlərini fakültəmizin inkişafına həsr edən müəllimlərimizdir. Mübaliğəsiz deyərdim ki, onlar körpə-insanlar kimi saf, körpü-insanlar kimi ucadırlar.
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin məzunu