Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb.
Viral.az xəbər verir ki, gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə idir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
Son Yazılar:
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
- Futbolçularımızdan tələb edirəm ki… – Qurban Qurbanov
“Mirvari” gəmisinin Dənizkənarı Milli Parkda yenidən görüntülənməsi “bulvarda gəmi gəzintisi bərpa edilirmi?” sualını yaradır.
Bu səbəblə də Dənizkənarı Bulvar İdarəsinə qafqazinfo sorğu ünvanladı.
İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini və gəmi səyahəti üçün hazırlıqların aparıldığını bildirdi:
“Bildiyiniz kimi, Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi.
Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək.