İspaniyada dronlarla narkotik daşıyan dəstə ZƏRƏRSİZLƏŞDİRİLDİ

İspaniya Milli Polisi Ukraynaya məxsus dronlarda Mərakeşdən ölkəyə narkotik maddələr daşıdığı iddia edilən cinayətkar qrupu zərərsizləşdirib.

Viral.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

“Milli polisin əməkdaşları Alxesirasda (İspaniyanın cənubundakı şəhər – red.) pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia olunan cinayətkar təşkilatı zərərsizləşdiriblər. “Narkodronlar” Ukraynada istehsal olunur, sonra isə avtomobil yolu ilə ölkəmizin cənubuna gətirilirdi”, – məlumatda bildirilir.

Son Yazılar:

Qeyd olunur ki, Avropol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 axtarış aparılıb. Nəticədə 10 nəfər saxlanılıb ki, onlardan 7-si həbs edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 10 kq həşiş daşıya bilən və 50 km-dən çox uçuş məsafəsinə malik əllə düzəldilmiş iri dronlardan istifadə ediblər. Vurğulanır ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərdi.