ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub

ABŞ Prezidenti Cozef Bayden Çinlə münasibətlərdə status-kvonun əldə olunduğunu açıqlayıb.

Viral.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, iki ölkənin hərbçiləri ilə yanaşı, liderləri arasında birbaşa əlaqə xətti qurulub.

Son Yazılar:

“Əminəm ki, Si Cinpin səhv etmək istəmir”, – Amerika lideri qeyd edib.

ABŞ Prezidenti iki ölkə arasında əsir mübadiləsi nəticəsində azad edilmiş 3 vətəndaşla söhbət apardığını vurğulayıb.

Xatırladaq ki, noyabrın 27-də Vaşinqton və Pekin “üçün üçə” formulu üzrə məhbus mübadiləsi həyata keçirib.