-->
Bu şəxslərə 150 mənzil və fərdi ev VERİLİB

Bu şəxslərə 150 mənzil və fərdi ev VERİLİB

Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Bu barədə Viral.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal…

Ətraflı
Bakıya külli miqdarda narkotik gətirmək istədilər

Bakıya külli miqdarda narkotik gətirmək istədilər

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Viral.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Ramazanov Fərdi Rövşən oğlu gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli…

Ətraflı
Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs SAXLANILDI

Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs SAXLANILDI

Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində…

Ətraflı
Sabiq rəis vəfat etdi - FOTO

Sabiq rəis vəfat etdi – FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin keçmiş rəisi Emin Şahbazov vəfat edib.  Viral.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.  Emin Şahbazov energetika naziri Pərviz Şahbazovun əmisidir.  Qardaşı Oqtay Şahbazov isə Azərbaycan Respublikasının Prezidentinin İşlər müdiri olub.  

Ətraflı
Milli Məclis Prezident və xanımına təbrik məktubları ünvanladı

Milli Məclis Prezident və xanımına təbrik məktubları ünvanladı

Milli Məclis adından Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb. Viral.az xəbər verir ki, bu təkliflə parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Deputatlar təklifi dəstəkləyiblər.

Ətraflı
Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edəcək. Viral.az xəbər verir ki, parlamentin payız sessiyası üzrə bu gün keçirilən son plenar iclasının gündəliyinə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ daxil edilib. Qeyd edək ki, parlamentin bugünkü iclasında 10 məsələnin müzakirə edilməsi nəzərdə tutulub.

Ətraflı
Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili BAŞLAYIR

Yeddigünlük bayram tətili BAŞLAYIR – TARİXLƏR

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq. Viral.az xəbər verir ki, ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır. Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr…

Ətraflı
Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya GÖNDƏRİLDİ

Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya GÖNDƏRİLDİ

“AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”. Viral.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosuna Mangistau vilayətinin administrasiyasının mətbuat katibi Gülmira Abışeva məlumat verib. Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə…

Ətraflı
Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir

Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir

Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsi, həmçinin hadisənin araşdırılması ilə dəstəyinin ifadəsidir. Viral.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar “Haber Global”ın efirində deyib. A.Attarın sözlərinə görə, Azərbaycan diplomatik gücünü göstərdi….

Ətraflı
Təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına tapşırıldı

Təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına tapşırıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb. Viral.az xəbər verir ki, bu barədə TASS-a qurumdan bildirilib. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün…

Ətraflı
Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin EDİLDİ

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin EDİLDİ

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Viral.az-ın xəbərinə görə, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Qeyd olunub ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. O, 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb. A.Fərruxov…

Ətraflı
İtaliya Prezidenti Azərbaycan Prezidentinə başsağlığı məktubu ünvanladı

İtaliya Prezidenti Azərbaycan Prezidentinə başsağlığı məktubu ünvanladı

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Viral.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir. “Zati-aliləri. İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm. Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini…

Ətraflı
Gecikən uçuşlara görə sərnişinlərə kompensasiya ödənilməlidir?

Gecikən uçuşlara görə sərnişinlərə kompensasiya ödənilməlidir?

Hava yolu şirkətləri təyyarə uçuşları gecikəcəyi təqdirdə sərnişinlərə kompensasiya ödəməlidir. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuşlarla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qaydalara əsasən, uçuşlarda 3 saatdan çox gecikmə olarsa, hava yolu şirkətləri sərnişinlərə kompensasiya ödəməlidir. Məsələn, Mülki Havaçılıq Baş İdarəsi Hava Yolları ilə Səyahət edən Sərnişinlərin Hüquqları haqqında Əsasnaməyə dəyişikliklər edib. Tənzimləmə…

Ətraflı
Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki AÇIQLANDI

Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki AÇIQLANDI

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək. Bu barədə Viral.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Beləliklə, bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xəttlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir. “Bakmil iistiqamətində hərəkət…

Ətraflı
Təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başladım

Təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başladım

Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb. Viral.az “Report”a istinadla xəbər verir ki, aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub. Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən…

Ətraflı
Bayram tətili günlərində gözlənilən hava proqnozu AÇIQLANDI

Bayram tətili günlərində gözlənilən hava proqnozu AÇIQLANDI

Bayram tətili günlərində (31 dekabr-3 yanvar) gözlənilən hava proqnozu açıqlanıb. ETSN-dən Viral.az-a verilən xəbərə görə, 31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə…

Ətraflı
MEDİA saytlara dəstək müsabiqənin nəticələrini AÇIQLADI

MEDİA saytlara dəstək müsabiqənin nəticələrini AÇIQLADI

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Məlumata görə, MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytlar) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri aşağıdakı kimidir:

Ətraflı
Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Viral.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb. “Əgər kimsə Slovakiyada sülh danışıqlarını təşkil etmək istəsə, o zaman biz hazır və qonaqpərvər olacağıq”, – R.Fiko bildirib. Slovakiya hökuməti başçısının sözlərinə görə, Bratislava istənilən səviyyədə Rusiya-Ukrayna müharibəsi ilə bağı sülhə…

Ətraflı
Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin…

Ətraflı