-->
photo 265136

Pilot niyə Bakını yox, Aktaunu seçib?

Çeçenistan və İnquşetiyaya PUA hücumu Viral.az xəbər verir ki, Dekabrın 25-i saat 08:30 radələrində Rusiyanın Vladikavkaz şəhərində məhv edilmiş PUA-ların qalıqlarının “Alaniya Mall” Ticarət Mərkəzinin üzərinə düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Həmin gün saat 09:10 radələrində İnquşetiyanın Malqobek şəhəri ərazisində PUA-nın qəzaya uğradığı məlum olub. Həmçinin, dekabrın 25-i səhər saatlarında Çeçenistan ərazisinin bir neçə PUA…

Ətraflı
photo 265134

Nazirlikdə kadr dəyişikliyi oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “AzeLab” MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb. Viral.az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib. Xatırladaq ki, “AzeLab” 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb….

Ətraflı
photo 265120

Ucarda avtomobil piyadanı vuraraq öldürdü

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar- Zərdab avtomobil yolunun rayonun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Yolu keçən piyada Xalac kənd sakini Yasin Ehtiram oğlu Məmmədovu yük maşını vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 265109

Qəzada həlak olan dörd nəfərin nəşi Bakıya gətirildi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib. Viral.az xəbər verir ki, həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində…

Ətraflı
photo 265101

Vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsi məqsədəuyğun deyil

Səhiyyə nazirinin müavini İlqar Qasımov vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsinin məqsədəuyğun olmadığını deyib. Viral.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin şəxslər Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar: “Onların stabilləşməsi üçün müalicə davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcək,” – deyə nazir müavini əlavə edib….

Ətraflı
photo 265098

Futzal üzrə Yüksək Liqada VIII turun oyunları KEÇİRİLDİ

Futzal üzrə Azərbaycan Yüksək Liqasında VIII turun oyunları keçirilib. Viral.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Şuşa” ilə üz-üzə gəlib. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb – 4:0. İkinci görüşdə “Neftçi” İK “Yasamal Bakı”nı 18:1 hesabı ilə üstələyib. Sonuncu oyunda isə “Baku Fire” U-19-a şans verməyib – 9:1. Qeyd edək ki, görüşlərdən əvvəl Bakı-Qroznı reysini…

Ətraflı
photo 265064

Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir

“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”. Viral.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib. O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş…

Ətraflı
photo 265051

Təyyarə quş dəstəsi ilə toqquşa bilməzdi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb. Dünən baş verən hadisədən dərhal sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasiya” rəsmi məlumat yaydı. “Rosaviasiya” iddia etdi ki, AZAL-ın təyyarəsinin uçuşuna quş dəstəsi mane olub və bu səbəbdən qəza enişi…

Ətraflı
photo 265045

Pezeşkian Azərbaycan Prezidentinə başsağlığı VERDİ

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

Ətraflı
photo 265019

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər

Türkiyəli məşhurlar Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan azərbaycanlılar barədə paylaşım ediblər. Viral.az baku.ws-ə istinadən xəbər verir ki, onlar sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edərək xalqımıza bu ağır günündə dəstək olduqlarını vurğulayıblar. Sözügedən tanınmışlar arasında bəzi müğənnilər və aktyor Halil İbrahim Kalaycıoğlu yer alıb. Təyyarə qəzasına görə Azərbaycana başsağlığı verən…

Ətraflı
photo 265018

Azərbaycandakı siyasi partiyalar təyyarə qəzası ilə bağlı bəyanat YAYDI

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb. Viral.az bəyanatı təqdim edir: “2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı…

Ətraflı
photo 264986

Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir. Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında…

Ətraflı
photo 264970

Təyyarə son yoxlamadan nə vaxt keçmişdi?

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib. Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq AZAL-dan bildirilib. Məlumatda qeyd olunub: “İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Bakıda binada güclü yanğın başladı

Bakı şəhər Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb. Viral.az “Qafqazinfo”-ya xəbər verir ki, binanın orta mərtəbəsində yerləşən mənzillərin birində alovla müşahidə edilən yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. *** FHN-dən bildirilib ki, nazirliyin 112 “qaynar xətt”inə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə Dövlət…

Ətraflı
photo 264944

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ QALIB

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Viral.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb.  AZAL təyyarənin göyərtəsində 62 sərnişinin…

Ətraflı
photo 264933

Ərdoğan Əliyevə zəng ETDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Ətraflı
photo 264928

Putin təyyarə qəzasından DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Viral.az xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib. “MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm”, – Rusiya Prezidenti bildirib. O qeyd edib ki,…

Ətraflı