-->
photo 264436

Prezident “Bakı Metropoliteni”nə yeni sədr təyin ETDİ

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub. Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.

Ətraflı
photo 264425

İlham Əliyev Ərdoğana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Viral.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və…

Ətraflı
photo 264435

Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub

“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub”. Viral.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O, söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək: “Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”. Orban, həmçinin qeyd edib ki,…

Ətraflı
photo 264427

Mayotta sakinləri Makronun istefasını tələb edib

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər. Viral.az xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib. Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib. Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar…

Ətraflı
photo 264406

Şəmkirdə ər arvadını BIÇAQLADI

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, 1979-cu il təvəllüdlü K.Muxtarova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. Onun əri tərəfindən bıçaqlandığı bildirilir. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1972-ci il təvəllüdlü R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 264403

Yeni metro stansiyasının tikintisi dayandırıldı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb. Viral.az xəbər verir ki, bunu TNS-yə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: “Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil…

Ətraflı
photo 264397

Prezident bu ölkələrə yeni səfir təyin ETDİ

Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. *** Prezidentin digər Sərəncamına əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib. Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, Rusiyada Azərbaycanın səfiri vəzifəsinə təyin…

Ətraflı
photo 264395

Prezident Yaşar Əliyevə yeni vəzifə VERDİ

Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, tanınmış yazar Teymur Elçinin oğlu olan Yaşar Əliyev 2002-ci ildən BMT yanında daimi…

Ətraflı
photo 264378

Müəllimlərin təhsil kartlarında hansı güzəştlər olacaq?

2025-ci ilin ilk yarısından gec olmayaraq Azərbaycanda müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarından istifadə başlayacaq. Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. Ancaq o, güzəştlər barədə geniş açıqlama verməyib. Maraqlıdır, bəs sözügedən təhsil kartları müəllimlərə hansı güzəştləri verəcək? Viral.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov daha…

Ətraflı
photo 264361

Sarayda yaşayış binasındakı yanğın söndürüldü

Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb. Viral.az xəbər verir ki, qəsəbədəki “Saray” MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb. 12:47 *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yüksəkmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Viral.az-a FHN-dən məlumat verilib. Məlumatla…

Ətraflı
photo 264368

AFFA “Qarabağ” və “Şamaxı”nı cərimələdi

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Viral.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 800, azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün isə Ağdam təmsilçisi 1500 manat cərimə…

Ətraflı
photo 264362

Azərbaycanda general vəzifəsindən azad EDİLDİ

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. Viral.az xəbər verir ki, məlumatı “Qafqazinfo” saytı yayıb. Məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. General-leytenantın yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər…

Ətraflı
photo 264342

Parlamentlərimiz daha sıx əlaqələrin qurulması üçün işlər görür

“Milli Məclis sədrinin başçılığı ilə Türkiyəyə rəsmi səfər olub. Səfər vaxtı qeyd etdim ki, ümummilli  lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı indi də davam etdirilir”. Viral.az xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda deyib. “Parlamentlərimiz daha sıx əlaqələrin qurulması üçün işlər görür. Səfər çərçivəsində nümayəndə heyəti ilə birlikdə Heydər…

Ətraflı
photo 264340

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək

“Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək”. Viral.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: “Təhsil kart”ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu…

Ətraflı
photo 264321

Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir

Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir. Viral.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib. “Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, – o deyib. Əs-Sisinin sözlərinə görə,…

Ətraflı
photo 264318

Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə iranlı həmkarı Məsud Pezeşkianla görüşüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər. Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan söyləyib ki, Türkiyə – İran əlaqələri regional…

Ətraflı
photo 264276

AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət ETDİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır. Bu barədə Viral.az-a  “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir. Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs EDİLDİ

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib. Viral.az xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb. Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə…

Ətraflı
photo 264234

Sabiq icra başçısının qardaşı oğulları hakim QARŞISINDA

Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb. Viral.az modern.az-a istinadla xəbər verir ki, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir. Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı…

Ətraflı