Ermənilər Laçın və Şuşanı ATƏŞƏ TUTDU

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun…

Ətraflı

Azərbaycan Ordusunun Xocavənd və Şuşadakı mövqeləri atəşə tutulub

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni…

Ətraflı

İlk dəfə olaraq sülh əlçatandır – Ceyhun Bayramov

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Viral.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi…

Ətraflı

Əli Əsədov maaşlarla bağlı qərar İMZALAYIB

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə…

Ətraflı

İlham Əliyev fərman İMZALADI

Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnaməyə dəyişiklik edilib. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, karantin və başqa yoluxucu, xüsusilə tropik, QİÇS və bəzi digər yoluxucu xəstəliklərin əvvəllər bu xəstəliklərdən azad olan ərazilərdə meydana çıxdığı zaman Azərbaycanın ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və yerli…

Ətraflı

Müəllimlərin maaşları ARTIRILA BİLƏR

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır. Viral.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov məlumat verib. Onun sözlərinə görə, təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək. Ceyhun Kərəmov qeyd edib ki, hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a…

Ətraflı

2026-cı ilədək azad olunmuş ərazilərə köçürüləcək ailələrin sayı AÇIQLANDI

Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi haqqında məlumat verdik. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır. Viral.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərə açıqlamasında deyib. Böyük Qayıdış…

Ətraflı

Azərbaycan idmanında ilk – Şuşa klubu avrokuboklarda oynayacaq

Azərbaycan idmanı tarixində ilk yaşanacaq. Viral.az APA-ya istinadən məlumat verir ki, erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24…

Ətraflı

Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULUB

Ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının…

Ətraflı

İlham Əliyev onları təltif etdi – SİYAHI

Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayev Asəf Azad oğlu Ələkbərov Malik Mürsəl oğlu Əliyeva İlahə Mirsə-Əli qızı Əliyeva Tamilla Aliyevna…

Ətraflı

Rusiya istehsallı alkoqollu içkilərlə bağlı XƏBƏRDARLIQ – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib. Viral.az xəbər verir ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib: “Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara…

Ətraflı

Ən yüksək nəticə göstərənlər AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Viral.az xəbər verir ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə, II…

Ətraflı

II və III ixtisas qrupları üzrə imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə mayın 20-21-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Bu barədə Viral.az-a DİM-dən məlumat verilib. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış…

Ətraflı

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

23 aprel 2023-cü ildə yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni videogörüntülər var. Viral.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib. Yeni kadrlarda Qarabağ bölgəsinin etnik ermənilərindən olan Azərbaycan vətəndaşlarının – qadınların, uşaqların, kişilərin sərhədi keçərək (Xankəndi – Gorus istiqaməti) qeydiyyat pəncərəsi qarşısında növbədə durmaları əks olunub. Hər şey qarşılıqlı nəzakət mühitində baş verir,…

Ətraflı

İtkin düşmüş hərbçilərlə bağlı YENİ QAYDALAR

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən Mülki Məcəlləyə dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib. Viral.az xəbər verir ki, Məcəlləyə dəyişikliklər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni proseduranı özündə əks etdirir. Bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində ikinci…

Ətraflı

“Moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır”-DEPUTAT

Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digər hərəkət iştirakçılarına təhlükə yaradır. Buna nəzarət gücləndirilməlidir. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. Deputat bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır: “Skuterlərlə bağlı da məsələ nizama salınmalı və təhlükəsizlik təmin edilməlidir. Elektrik skuterlər və…

Ətraflı

Qarabağ üçün ayrılan vəsaitin 60 faizi istifadə olunub 

Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulub. Viral.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. “Layihələrin bir hissəsi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait ərazilərin bərpası üçün…

Ətraflı

İlham Əliyev krala məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza…

Ətraflı

Azərbaycanlı tələbə Polşada qəfil öldü – Foto

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib. Viral.az xəbər verir ki, bu barədə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli məlumat verib. O bildirib ki, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürəktutmadan dünyasını dəyişib. F.Cəfərli bildirib ki, Murad Qarayevin…

Ətraflı

Ermənilər yenidən təxribata əl ATDI, mövqelərimizi ATƏŞƏ TUTDU

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə  atəşə tutub.  Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün…

Ətraflı

ABŞ-dan Bakı və İrəvana: Dialoq sülhün açarıdır

Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Viral.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib. “Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır….

Ətraflı