Kimya-biologiya təmayüllü Respublika liseyində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasına (JBMO) seçmə imtahanı təşkil olunub.
Viral.az xəbər verir ki, Təhsil İnstitutunun məlumatına görə, seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri məlum olub.
Son Yazılar:
- Urmiya gölünün sahəsi 210 kv.km azalıb
- Qızıl bir gündə 86 dollar ucuzlaşdı
- Azərbaycan Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdi Zəhra İbişova, Şəki şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin VII sinif şagirdli Turan Musayev, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Davud Tarverdili, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin IX sinif şagirdi Rəfiqə Qəmbərova, Bakı şəhəri, Fizika riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Tural Müseyibzadə və Fərhad Hüseynov olmaqla ümumilikdə 6 nəfər şagird ölkəmizi təmsil edəcək.